Mingəçevir polisi evə basqın edən şəxsləri yaxaladı- FOTO

0 311

Mingəçevirdə özünü yardım təşkilatlarından birinin üzvü kimi təqdim edən naməlum şəxsin şəhər ərazisindəki evlərin birinə daxil olaraq ev sahiblərinə bıçaqla hədə-qorxu gəlməsi və kül alətlə qadına xəsarət yetirib qaçması barədə Şəhər Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Kanal32.az-a verilən məlumata görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq cinayətini törətməkdə şübhəli bilinən 1983-cü il təvəllüdlü Bərdə rayon Güloğlular kənd sakini Amil Mehdiyev saxlanılıb.

Araşdırma zamanı A.Mehdiyevin Goranboy rayon sakini 1986-cı il təvəllüdlü Orxan Mehdiyevlə qabaqcadan əlbir olaraq, ev sahibinə məxsus pulu ələ keçirmək məqsədilə həmin cinayət əməlini törətdikləri müəyyən edilib. O.Mehdiyev də şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Əldə etdiyimiz əlavə məlumata görə, əslən Ermənisatan qaçqını olan Goranboy rayon sakini Orxan Mehdiyev M. Maqomayev küçəsi 81 ünavında basqına məruz qalan Südabə Musayevanın bacısı oğludur.Konkret desək,Orxan Mehdiyev qarət məqsədi ilə məhz öz xalasının evini Amil Mehdiyevə nişan verib.

Kanal32.az

Your email address will not be published.