Qərbi Azərbaycan gənclərinin fəaliyyəti Paşinyanı narahat edib-FOTO

0 963

Qərbi Azərbaycan İctimai Birliyinin Gənclər Təşkilatının fəaliyyəti N.Paşinyanı narahat edib

İyunun 19-da İrəvanda Ermənistan və qondarma “Dağlıq Qarabağ Respublikası”nın  Təhlükəsizlik Şuralarının birgə iclası keçirilib. Bu barədə Ermənistan Baş Naziri adminstrasiyasının rəsmi  www.primeminister.am saytı məlumat verib. Həmçinin Nikol Paşinyan öz rəsmi Twitter səhifəsində saytın verdiyi məlumatı paylaşıb. Sözü gedən saytın məlumatına görə, iclasda Nikol Paşinyan, separatçı rejimin rəhbəri Arayik Hartyunyan, Ermənistanın bir sıra yüksək vəzifəli şəxsləri iştirak edib. Nikol Paşinyan həmişə olduğu kimi çıxışında Azərbaycan dövləti,  Dağlıq Qarabağ və o cümlədən işğal olunmuş ərazilərdə münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlar və s. ilə bağlı həqiqətə uyğun olmayan fikirlər səsləndirib. O cümlədən Qərbi Azərbaycan İctimai Birliyi (QAİB)  və  Gənclər Təşkilatının fəaliyyətindən narahatlığını ifadə edib. O,  QAİB-i bir  təşkilat kimi  “Ermənistan ərazisinə iddalı olmaqda və özününküləşdirməkdə” günahlandırıb.

 Ermənistanın yuxarı dairələrinin narahatçılığından dolayı QAİB Gənclər Təşkilatının rəhbəri Günay Vəlizadə ilə əlaqə saxladıq. Kanal32.az-a danışan G.Vəlizadə bildirdi ki, təşkilatımız xüsusən Twitter sosial şəbəkəsində Azərbaycan həqiqətlərini yaymaq və Ermənistandan qovulmuş qaçqınlarımızın pozulmuş hüquqlarının beynəlxalq təşkilatlara bəyan edilməsi istiqamətində fəaliyyət göstərir : ” Bu istiqamətdə ardıcıl və prinsipial fəaliyyətimiz Ermənistan  hökumətini və xaricdə fəaliyyət göstərən erməni diasporalarını ciddi şəkildə narahat etməyə başlayıb. Hətta Twitter’də onlar tərəfindən üzərimizə hücumlar da olub. Təbii ki,  edilmiş hücumlara gənclərimiz tərəfindən layiqli cavab verilibdir. Sevindirici haldır ki, beynəlxalq təşkilatlar tərəfindən qaçqınlarımızın hüquqlarının qorunması ilə bağlı paylaşımlarımız dəstəklənib də. Görünür, apardığımız ədalətli mübarizə  Ermənistan rəhbərliyini ciddi şəkildə narahat edib”.

G.Vəlizadə QAİB-in əsas hədəfinin Qərbi Azərbaycanın -indiki Ermənistan ərazisinin, İrəvanın, Göyçənin, Zəngəzurun, Zəngibasarın, Amasiyanın, Vedibadarın və digər mahalların tarixi Azərbaycan torpaqları olduğunu, erməni vəhşiliklərini,onların törətdikləri soyqırımları və.s dünya ictimaiyyətinə çatdırmaqdan və sülh yolu ilə ata-baba yurdumuza geri dönməkdən ibarət olduğunu da diqqətimizə çatdırdı. Bildirdi ki, keçirilən çoxsaylı  beynəlxalq tədbirlərdə cənab Prezident İlham Əliyevin də indiki Ermənistan dövlətinin tarixi Azərbaycan torpaqları üzərində qurulduğunu bəyan etməsi biz gənclərə bu mübarizədə stimul verir.  N.Paşinyan da gec-tez bilməlidir ki, onun hazırda yaşadığı İrəvan belə qədim Azərbaycan şəhəridir və məhz Ermənistanın apardığı şovinist siyasətin nəticəsində  Qərbi Azərbaycandan vəhşicəsinə 2.5 milyondan çox soydaşımız çıxarılıb.

Vəlizadə yeganə Qərbi Azərbaycan təşkilatı olaraq fəaliyyət göstərdiklərini və bundan təəssüfləndiyini də qeyd etdi :” Qərbi Azərbaycanla bağlı yeganə təşkilatıq ki, bu cür fəaliyyət göstəririk. İstərdik ki, bu mübarizəyə qoşulan gənclərimizin sayı daha çox olsun. Ermənistan hakimiyyətinin, xüsusən də Nikol Paşinyanın yürürdüyü əsassız mülahizələrə  tərəfimizdən layiqli cavablar verilib və bundan sonra da kimliyindən asılı olmayaraq veriləcəkdir”.

Kanal32.az

Your email address will not be published.