Gəncədə 200 çarpayılıq beşmərtəbəli xəstəxana istifadəyə verildi

0 135

Gəncədə Səhiyyə Nazirliyinin nəzdində yeni 200 çarpayılıq beşmərtəbəli Psixiatriya xəstəxanası istifadəyə verilib.

Kanal32.az Səhiyyə Nazirliyinin yaydığı məlumata istinadla bildirir ki, xəstəxananın birinci mərtəbəsində Laboratoriya, Stomatoloji kabinet, Şüa diaqnostika şöbəsi, EKQ, Mühasibatlıq şöbəsi, Psixoloq kabineti, Kadrlar şöbəsi və Operator otağı yerləşir. Bundan başqa, həmin mərtəbədə aptek fəaliyyət göstərir. Binanın qalan 4 mərtəbəsi xəstələr üçün nəzərdə tutulub.

Psixiatriya xəstəxanasının baş həkimi Elmira Mirzəyeva bildirib ki, xəstəxanada ən müasir standartlar tətbiq olunur, təzə avadanlıq var, təchizatla bağlı bütün işlər ən yüksək səviyyədə görülüb. Bizdə 4 şöbə fəaliyyət göstərir, onlardan 3-ü kişi, 1-i qadınlar üçün nəzərdə tutulub. Xəstələrin yaşaması, müayinəsi, müalicəsi və reabilitasiyası üçün hər cür şərait yaradılıb. Şöbələrdə ağır xəstələr üçün xüsusi izolyasiya otağları, hər mərtəbədə sanitar qovşağı, yemək və istirahət otaqları var. Xəstələr və personalın rahatlığı üçün xəstəxananın bütün yemək və istirahət otaqları müasir avadanlıqlarla təchiz olunub. Bundan başqa, yaxınlıqda yerləşən yardımçı binada müasir mətbəx və camaşırxana fəaliyyət göstərir”.

E.Mirzəyevanın sözlərinə görə, Psixiatriya xəstəxanasının işçi heyəti hal-hazırda 175 nəfərdir. Onlardan 6 nəfər həkim, 25 nəfər orta tibb heyəti, 8-i idarəetmə aparatının işçiləri, 27 nəfər təsərrüfat işçiləri, 4-ü təsərrüfat bacısı, 105 nəfər isə kiçik tibb işçiləridir.

Baş həkim bildirib ki, yeni xəstəxanada saxlanma şəraiti ilə bağlı palata və şöbələrin təmizliyinə, tibbi yardımın təşkilinə, qidalanmaya, xəstələrin gəzinti və yaxınları ilə görüşünə xüsusi nəzarət olunur.

Your email address will not be published.