Baş prokurordan 6 yeni təyinat-Siyahıda Mingəçevir də var

0 235

Azərbaycan Respublikasının prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər həyata keçirilir.

Kanal32.az Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata istinadla xəbər verir ki, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə, Qabil Səfərova Mingəçevir şəhərinin, Fəxrəddin Pənahova Sabirabad, Kamran Əhmədova Xocavənd, Elnur Rüstəmova isə Füzuli rayonunun prokuroru vəzifələrinin icrası həvalə edilib.

Bundan başqa, Baş prokurorun imzaladığı digər əmrlərlə Sahib İsmayılov Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin Statistika şöbəsinin rəisi – idarə rəisinin müavini, Rəsul Həsənov isə Gəncə şəhər prokurorunun müavini vəzifələrinə təyin ediliblər.

Kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə formalaşdırılması istiqamətində islahatlar davam etdirilir.

Onu da qeyd edək ki,bu gün Mingəçevir şəhərinin prokuroru vəzifəsinin icrası həvalə olunan Qabil Səfərov bu gün kollektivə təqdim olunub.

Kanal32.az

Your email address will not be published.