Kəlbəcərli köçkünlər baş prokurordan kömək istəyirlər

0 162

Goranboy rayonu Meşəli kəndində məskunlaşmış 10 kəlbəcərli məcburi köçkün ailəsinin 2019-cu ilin avqust-sentyabr aylarında 50 başa yaxın iribuynuzlu mal-qarası oğurlanıb.

O vaxtdan da heyvanlarının oğurlanması az imiş kimi yazıqların dinclikləri də əllərindən alınıb. Meşəli kəndinin ərazisi  Ağcakəndə yerləşən Xocalı rayon Polis Şöbəsinin ərazisinə yaxın olduğundan şikayətlərini də oraya ediblər.

Xocalı polisləri hadisə yerində olub, müəyyən tədqiqatlar aparıblar. Lakin cinayətin üstünün açılması düyünə düşüb. Heyvanları oğurlanan sakinlər dəfələrlə Xocalı rayon polisində və Xocalı rayon prokurorluğunda olsalar da dərdlərinə əlac qılan tapılmayıb. Aylarla get-gələ salınan məcburi köçkünlər sonda ümid yeri kimi Respublika Daxili İşlər Nazirliyinə və Baş Prokrorluğu üz tutublar. Bu qurumlarda isə onları arxayın salıblar ki, gedin evinizdə rahat oturun, heyvanlarınız tapılıb sizə qaytarılacaq. Lakin aradan 10 aydan artıq bir müddət keçsə də nə oğrular tapılıb, nə də heyvanlarından bir xəbər verən olub. Redaksiyamıza şikayət edən sakinlər iddia edirlər ki, Xocalı rayon polis şöbəsində oğruların izinə düşsələr də, hansı səbəblərdənsə oğruları ortaya çıxarmırlar.

Kamran Əliyevin baş prokuror təyin edilməsi və respublika prokurorluğunda baş verən son kadr dəyişiklikləri kəlbəcərli məcburi köçkünlərin ürəyində ümid işığı yandırıb. Onlar inanırlar ki, nəhayət bu duruma son qoyulacaq. Oğrular yaxalanacaq və onları himayə edənlər də öz cəzalarına çatacaqlar.

Mənbə:Kanal32.az

Your email address will not be published.