Mingəçevirdəki “Tərtər biabırçılığı” aradan qaldırıldı-FOTOLAR

0 184

Mingəçevir Şəhər İcra hakimiyyəti “Kanal32”nin tənqidindən nəticə çıxararaq dibi asfaltlanmış ağacların nəfəs almasını və su ilə qidalanmasını təmin etdi.

Bir müddət öncə mətbutda Tərtər rayonunun mərkəzində ağacların dibinin tam asfaltlanması ilə bağlı biabrçı görüntülər yayıldı.Sonra Tərtərin “cuppulu padşahı” Müstəqim Məmmədov tez günahını şəhər bələdiyyəsinin üstünə atmaqla vəziyyətdən çıxmağı haradasa bacara bildi.

Azbelediyye.az xəbər verir ki,iyun ayının 30-da isə “Kanal32” eyni tpli biabrçılığı Mingəçevir şəhərinin H.Aslanov küçəsində müşahidə edərək lentə aldı və mövcud problemi ictimailəşdirərək sərt şəkildə tənqid etdi.Mingəçevirin müvafiq qurumları haqlı olaraq ictimaiyyətin qınağına tuş gəldi.

Ancaq sevindirici hal o oldu ki,birbaşa Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov problemə müdaxilə edərək dibi asfaltlanmış ağacların “həyatını xilas etdi”.

Onu da qeyd edək ki,Prezidentin ötən ay Mingəçevirə məlum səfəri ərəfəsində şəhərdəki “N” saylı hərbi hissənin ətrafında və açlışı üçün nəzərdə tutulan girş qapısı tərəfdə hasarın rənglənməsi həyata keçirilib.Ancaq hasarın H.Aslanov küçəsi tərəfində isə rənglənmə aparılmayıb.Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov “Kanal32”yə açıqalmasında bildirib ki, yaxın günlərdə hasar rənglənəcək,yeni asfalt örtüyü və səki çəkilmiş küçənin ümumi görünüşünə uyğunlaşdırılacaq.

Kanal32.az olaraq qeyd edək ki,tənqiddən nəticə çıxararaq mövcud problemlərin həllinin tapılması təqdirə layiqdir və ictimaiyyət tərəfindən müsbət qiymətləndirilir.

Ərazinin əvvəlki vəziyyətinin əks olunduğu tənqidi yazını bu linkdən oxuya bilərsiniz:

Mingəçevirdə “Tərtər biabırçılığı”-FOTOLAR

 

Kanal32.az

Your email address will not be published.