4 mindən çox könüllü döyüşə getmək istəyir – Prezidentin çağırışına DƏSTƏK

0 141

Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti hərbi çağırışı həyata keçirir.

Modern.az-ın məlumatına görə, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov mətbuat konfransında deyib.

A.Rəhimov qeyd edib ki, əgər səfərbərlik olarsa hərbi hissələrdən kadr istənilərsə, xidmət həmin vakansiyalar üzrə kadrlarla təmin edir:

“Müharbə dövründə zərurət yaranarsa xidmət hazırladığı kadrları xidmətə göndərə bilər. Lazım olan halda hərbi vəzifəlilər çağırılaraq hərbi hissələrə göndərilər. Bəzi şəxslər fikir səsləndirilər ki, hərbi xidmətə getmək istəyirlər. Bildririk ki, hər kəsin bizdə qeydiyyatı var və onları yenidən qeydiyyata almağa ehtiyac yoxdur”.

Onun sözlərinə görə, Cənab Prezidentin çıxışından sonra xidmətin şöbələrində vətəndaşların rəsmi qeydiyyatına başlanılıb:

“Dünəndən etibarən artıq 4 min vətəndaş rəsmi qeydiyyata alınıb. Bəzi şəxslər xidmətin şöbələrinin qarşısına gələrək öz telefonları ilə çəkiliş edir və bildurir ki bizi qeydiyyata alırlar. Buna ehtiyac yoxdur. Biz kömnüllü şəkildə ordu sıralarına getmək istəyənləri qeydiyyata alırıq. Sadəcə biz bu məsələdə ehtiyatlı olmalıyıq, normal üaydada müraciət edib qeydiyyata durmalıdır. Hazırda proses davam edir. Eyni zamanda xidmətin rəsmi elektron ünvanına də müraciət edənlər də var onlar da qeydiyyata alınır”.

Your email address will not be published.