Prezident Elmar Məmmədyarovu işdən azad etdi-Yerinə isə…-SƏRƏNCAM

0 40

Prezident İlham Əliyev Xarici İşlər naziri Elmar Məmmədyarovu vəzifəsindən azad edib. 

Kanal32.az xəbər verir ki, dövlət başçısı bununla bağlı sərəncam imzalayıb.  Sərəncamda deyilir: “Elmar Məhərrəm oğlu Məmmədyarov Azərbaycan Respublikasının Xarici işlər naziri vəzifəsindən azad edilsin”.

Xatırladaq ki, Elmar Məmmədyarov 2 aprel 2004-cü il tarixindən Xarici İşlər naziri vəzifəsində işləyirdi.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Ceyhun Bayramov Azərbaycan Respublikasının Xarici işlər naziri təyin edilib.

 

 

Your email address will not be published.