“Qərbi Azərbaycan” bəyanat yaydı-FOTO

0 114

Qərbi Azərbaycan İctimai Birliyi erməni təcavüzü ilə bağlı dünya ictimaiyyətinə rəsmi müraciət edib.

Kanal32.az xəbər verir ki, Qərbi Azərbaycan İB Gənclər təşkilatının sədri Günay Vəlizadə Qərbi Azərbaycan İctimai Birliyi adından NATO, BMT, AŞ, ATƏT də daxil olmaqla bir sıra beynəlxalq təşkilat və bu təşkilatların rəsmilərinə bəyanat ünvanlayıb.

Bəyanatda adı çəkilən təşkilatlara Ermənistanın son bir neçə gün ərzində Azərbaycanın regionlarına, onun mülki əhalisinə qarşı həyata keçirdiyi hücum aktları və növbəti işğal cəhdi haqqda məlumat verilib. Beynəlxalq qurumlar Ermənistanın cəhdlərini pisləməyə və bu məsələyə münasibət bildirməyə çağırılmışdır.

Bəyanatda həmçinin Ermənistanın bu günə qədər Azərbaycan xalqına qarşı törətdiyi əməllər haqqında məlumata da yer verilmiş, Qərbi Azərbaycan və Qarabağ qaçqınlarının pozulmuş hüquqları vurğulanmışdır.

Sonda isə dünya birlikləri Ermənistanın özbaşınalığına və torpaqlarımızın işğalına son qoymağa səslənilib.

Bəyanatın ingilis dilində olan versiyasının fotosunu təqdim edirik:

Your email address will not be published.