İcra başçısı mətbuat nümayəndələrinə təbrik məktub göndərib

0 71

Ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul tarixi Azərbaycanda Milli  Mətbuat günü kimi qeyd olunur.Bu münasibətlə Mingəçevir Şəhər İcra hakimiyyətinin başçısı da media təmsilçilərinə təbrik məktubu göndərib.

Kanal32.az-ın məlumatına görə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov “Azərbaycan Milli mətbuatının yaranmasının 145 illiyi” ilə bağlı Mingəçevirdə fəaliyyət göstərən mətbuat  nümayəndələrinə təbrik ünvanlayıb.

Həmin təbrik məktubunun mətnini olduğu kimi təqdim edirk:

Əziz jurnalistlər , hörmətli mətbuat nümayəndələri,

Sizləri Azərbaycan mətbuantının yaranmasının 145 illiyi ilə bağlı ürəkdən təbrik edirəm. Jurnalistlərin yaxın dostu, ölkə başçısı cənab İlham Əliyev hər zaman Azərbaycanda mətbuatın inkişafına diqqətlə yanaşmışdır. Azərbaycanda söz və mətbuat azadlığı yüksək səviyyədə qorunur, mediyanın sərbəst fəaliyyəti üçün lazımi şərait yaradılmışdır. Azərbaycanda mövcud olan söz və mətbuat azadlığı dünyaya gözəl nümunədir.

Ölkəmizdə və eləcə də şəhərimizdə baş verən hadisələri obyektiv işıqlandırdığınız üçün Sizlərə öz təşəkkürümü bildirirəm. Bu gün peşə bayramını qeyd edən bütün jurnalistləri təbrik edir, fəaliyyətlərində uğurlar diləyirəm.

Hörmətlə,

 İlham İsmayılov 

Mingəçevir şəhər İcra  Hakimiyyətinin başçısı 

 

 

 

Your email address will not be published.