Kanal32.az saytının 2 yaşı tamam olur-VİDEO+FOTO

0 243

Regionda fəaliyyətə başlayan ilk peşəkar informasiya agentliyi olan “Kanal32” İnformasiya Agentliyinin (kanal32.az-ın) bu gün-iyulun 22-də 2 yaşı tamam olur.

Azbelediyye.az xəbər verir ki,2018-ci ildə məhz Milli Mətbuat Günündə təsis olunan Kanal32.az saytı  bu günə kimi ölkəmizdə və dünyada baş verən müxtəlif səpkili olayları operativ və obyektiv şəkildə oxuculara çatdırmağa çalışıb.Həmçinin, Azərbaycanın tarixi,mədəni və iqtisadi imkanlarını dünyaya tanıtmaq,Qarabağ həqiqətlərini yaymaq,eyni zamanda mənfur ermənilərlə aparılan informasiya savaşında bir qədər də irəliyə getmək üçün müəyyən addımlar atıb.

2 illik qısa fəaliyyəti dövründə Türk dünyasında qüvvədə olan hüquqi prinsiplər əsasında fəaliyyət göstərən ictimai-siyasi təşkilatlarla, QHT-lərlə, o cümlədən Azərbaycanın dünyanın müxtəlif ölkələrindəki diaspor təşkilatları ilə əməkdşalıq edib. “Kanal32” İnformasiya Agentliyi mütəmadi olaraq araşdırma,təhlil və analitik tipli yazıları da oxuculara təqdim edib.Ən əsası isə Azərbayacan vətəndaşının öz haqq səsini duyurmaq üçün açıq kürsü funksiyasını yerinə yetirib.

“Kanal32”nin youtube kanalı son bir ildə iki dəfə xaker hücumuna məruz qalaraq dağıdılsa da,yenidən fəaliyyətdədir.Ofisi Mingəçevirdə yerləşən “Kanal32″ Media şirkətinin(İnformasiya Agentliyinin)təsisçisi AJB-nin üzvü,”Həsən bəy Zərdabi”mükafatı laueratı, telejurnalist İnqilab Şirinbəylidir.

Onu da qeyd edək ki,“Kanal32” vətəndaş-məmur münasibətlərinin düzgün hüquqi çərçivədə qurulması istiqamətində də davamlı iş aparır. Bunun nətəcəsi olaraq son 7 ayda müxtəlif səpkli problemləri olan 178 nəfərə üzləşdikləri çətinliklərin aradan qaldırılması üçün kömək göstərilmiş və aidiyyatı üzrə dövlət qurumları ilə əlaqələndirilmişdir.

Kanal32.az

Your email address will not be published.