YAP üzvü sabiq deputata qarşı şok ittihamlar:”DTK inspektoru erməni…”

0 178

Son günlər sabiq millət vəkili Maksim Musayevin mətbuta verdiyi bir sıra açıqlamalar ictimaiyyətin diqqət və marağını cələb edir. 

Ancaq Qax rayon sakini Babayev Vahid Əhmədiyyə oğlunun Kanal32.az-ın elektron poçtuna göndərdiyi məktubda yer alan fikirlər sözün əsl mənasında bomba effekti yarada bilər.Çünki yazıda Maksim Musayevin Qax rayon Partiya Komitəsinin keçmiş I katibi işlədiyi dövürdəki fəaliyyəti ilə bağlı çox ciddi ittihamlar yer alıb.

Azbelediyye.az Kanal32.az-a istinadla məkutbun mətnini olduğu kimi təqdim edir:

Son vaxtlar sosial şəbəkələrdə Qax rayon Partiya Komitəsinin keçmiş I katibi Maksim Musayevin bir-neçə müraciətini oxudum. Özünü ideal insan, güclü rəhbər, alovlu vətənpərvər və digər dırnaqarası müsbət keyfiyyətləri ilə ahıl yaşında ictimaiyyətə təqdim edən Maksim Musayevə aşağıdakıları xatırlatmaq istərdim:
– Başda rəhmətlik Əhmədiyyə Babayev olmaqla 4 idarə rəhbərinin söyüş, təhqir, hədə-qorxu ilə infarkt olmalarının səbəbkarı sən deyilmiydin?
– Şantajla kolxoz-sovxoz rəhbərlərini hər cür saxtakarlığa vadar edən sən deyilmiydin ?
– Qaxda tikinti-abadlıq adı altında tikinti idarələri rəhbərlərini soyan da, o rəhbərlərin partbiletlərini alan da, başlarına min cür oyun açan da sən idin.
– Qaxda korrupsiyanın, yerlibazlığın əsasını qoydin. – Xalqı təhqir etməkdən zövq alırdın. Səhər-axşam demədən iməciliklərdə rayonun bütün təşkilat və idarə işçilərinin canlarını çıxarırdın. Barəndə şeirlər yazılırdı, Zalımlığın barədə yüzlərlə rəvayət var idi. – DTK inspektoru erməni Yuri Kasparyanı idarə, müəssisə rəhbərlərinin üstünə salan, şantaj etdirən sən deyilmydin ?
– “Qaxda kişi yoxdur” dediyinə görə 1988-ci ilin 27-29 oktyabrında bütün Qax camaatı leysan yağışa baxmayaraq mitinqə çıxıb səni rayondan qovmadımı ?
– O mitinqə çıxan dinc əhalinin üzərinə Gürcüstanın Laqodexi şəhərindəki hərbi qarnizondan 2 avtobus Omonçu gətirtmədinmi ?
– Yüzlərlə adam partiya konfransında 6 ildə elədiyin alçaqlıqları üzünə söyləmədimi ?
– Tribunalardan tərifləyib göylərə qaldırdığın rəhmətlik K. Bağırov vəzifədən getdikdən sonra arxasınca nələr demədin ?
– Ə.Vəzirovun yenicə vəzifəyə gəldiyi ilk Plenumda rəhmətlik H .Əliyev və K. Bağırov haqqında nələr demədin ?
– Ali partiya təhsili almış nə qədər gənc kadrı kolxoza falan göndərib sonra dolaşdırdın. Yadındamı bunlar ?
Murdar, cəllad hərəkətlərini saymaqla qurtarmaz…

 

İmza: Qax rayon ictimaiyyəti adından-Babayev Vahid Əhmədiyyə oğlu

 

Qeyd edək ki,yazıda yer alan fikirlər məktub müəllifininə məxsusdur və “Kanal32”nin mövqeyi kimi qiymətləndirilməməlidir.Redaksiya olaraq Maksim Musayevin mövqeyini dərc etməyə hazırıq.

Kanal32.az

Your email address will not be published.