Polis məcburi köçkünün 103 baş qoyununu mənimsəyib-VİDEO+FOTO

0 85

Daşkəsən Rayon Polis şöbəsinin əməkdaşı-polis serjantı Şahin Rzayevin məcburi köçkünləri aldadaraq onlara məxsus 103 baş qoyun-quzunu aparıb və pulunu verməyib.

Kanal32.az xəbər verir ki,”Region” İnformasiya Agentliyinin redaksiyasına müraciət edən Daşkəsən rayonuunun Çovdar kəndində məskunlaşan və təsərrüfatla məşğul olan kəlbəcərli məcburi köçkünlər iddia edirlər ki, böyük bir cinayətin qurbanına çevriliblər. Yerli qurumlar səviyyəsində etdikləri müraciətlər isə nəticəsizdir.Bir sözlə, səslərini eşidən yoxdur. Ona görə də onlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova və Baş prokuror Kamran Əliyevə müraciət edərək təcili kömək istəyirlər.

Problemin mahiyyətinə gəldikdə isə…Qanunsuzluğun və özbaşınalığın şahidi oluruq.Məcburi köçkünlərin sözlərinə görə, Daşkəsəndə at oynadan və heç kimlə hesablaşmayan Rzayevlər ailəsi onlara məxsus 103 baş qoyun-quzunu aldadaraq onların əllindən alıb.

Cinayətlə üzləşən məcburi köçüknlər deyir ki,28 uyun 2020-ci il tarixdə Daşkəsən Rayon Polis şöbəsinin əməkdaşı-polis serjantı Rzayev Şahin Akif oğlu Polis şöbəsinin xidməti avtomobili ilə atası Akif Rzayev, qardaşları-Seymur və Ceyhun Razyevlə birlikdə  Çovdar kəndində bizim həyətə gəliblər. Bizim təsərrüfatdakı satlıq qoyun-quzunu almaq istədiklərini bildiriblər. Sövdələşmədən sonra 103 baş heyvanın onlar tərəfindən alınması ilə bağlı razılığa gəldik.Ancaq bildirdilər ki,pulunu 3 gündən sonra verəcəklər.Biz də Akif Rzayevin oğlunun polis olduğunu və bizi aldatmayacaqlarını nəzərə alaraq razılaşdıq. Onlar eyni zamanda Çovdar kəndində yaşayan Əfqan Mustafayevdən və Yelmar Kərimovdan da qoyunlar alaraq sürü şəklində yığaraq apradılar.

Elə əsas problem də bundan sonra başlayıb.Belə ki, bu günə kimi qoyun-quzularını satmış məcburi köçkünlər halal pullarını Rzayevlərdən ala bilmirlər. Şikayətçilər deyir ki, Polis serjantı Şahin Rzayev onları nalayiq söyüşlərlə təhqir edir və tutdurmaqla hədələyir.Özünün Daşkəsənin yiyəsi hesab edən Akif Rzayevin oğlu isə “sizi güllələyərəm” deyib, bizi ölümlə təhdid edir.

Şikayətçilər adından danışan Allahverdiyev Alqayıt Vahid oğlu deyir ki, üzləşdikləri qanun pozuntuları və özbaşınalıqlarla bağlı Daşkəsən Rayon Polis Şöbəsinə və Daşkəsən Rayon Prokurorluğuna da müraciət ediblər. Polis nəfəri Şahin Rzayevin onları aldadaraq 103 baş qoyun-quzunu yığıb aparması barədə məlumat veriblər.

Məcburi köçkünlər redaksiyamız vasitəsi ilə bütün müvafiq qurumlardan kömək istəyirlər.Hüquqalrı kobud şəkildə pozulan şikayətçilər tələb edirlər ki,onların etibarından sui istifadə edərək onlara qarşı dələzduzluq etmiş və onları ölümlə təhdid edən Akif Rzayev və Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşı  Şahin Rzayev barəsində ciddi tədbirlər görülsün.

Məlumat üçün onu da qeyd edək ki,iddialara görə Akif Rzayev uzun müddət məhbəs həyatı yaşayıb.Hətta,onun oğlanlarından birinin də əvvəllər həbs olunduğu bildirilir. Bu zaman sual yaranır.Ailə üzvləri həbsdə olmuş şəxs,yəni Şahin Rzayev polis sıralarına necə qəbul olunub???

Redaksiya olaraq yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Kanal32.az

Your email address will not be published.