Mingəçevirdə xanım həkim qəza törətdi-FOTOLAR

0 44

Mingəçevirdə iki minik avtomobil toqquşub.

Azbelediyye.az Kanal32.az-a istinadən xəbər verir ki, avqustun 4-ü saat 19:30 radələrində Mingəçevir şəhərinin H.Əliyev prospektində-“Bayraq meydanının qarşısında iki minik avtomobilinin toqquşması nəticəsində yol qəza hadisəsi baş verib. Belə ki, şəhər istiqamətində hərkətdə olan 10-MG-185 dövlət nömrə nişanlı VAZ-2107 markalı avtomobil dönmə əməliyyatını yerinə yetirən 45-BL-802 dövlət nömrə nişanlı “Chevrolet-Cruze” markalı minik maşını tərəfindən vurulub.

Hər iki avtomobilə ciddi ziyan dəysə də,xoşbəxtlikdən ölüm olmayıb.Yüngül bədən xəsarətləri alan VAZ-2107-nin sürücüsü xəstəxanaya yerləşdirilib. Qeyd edək ki,”Chevrolet-Cruze” markalı minik avtomobilinin sürücüsü xanımıdr və onun həkim olduğu bildirilir.

Faktla bağlı Mingəçevir şəhər Polis şöbəsinin Dövlət Yol Polsi bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Kanal32.az

 

Your email address will not be published.