Mingəçevirdən Ordumuza önəmli dəstək-VİDEO+FOTOLAR

0 90

“Gəlin boşuna enerji və vaxt itirməkdənsə, Ordumuzun gələcək döyüşlərdəki itkisiz qələbələrinə öz vətəndaşlıq töfhələrimizi verək!”

  Kanal32.az xəbər verir ki,Mingəçevir şəhər Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Şəhriyar Mustafayev çox önəmli bir  təşəbbüslə çıxış edib. Belə ki, o , Tovuz döyüşlərindən bir müddət sonra-iyulun 28-də Mingəçevir sakinlərinə, eyni zamanda bütün ətraf bölgələrin sakinlərinə müraciət ünvanlayıb:

Əziz həmvətənlər!

Dövlətimiz ordumuzun bütün təminatlarını ən yüksək səviyyədə təşkil edib və etməkdədir. Qida, geyim, silah-sürsat, ən müasir hərbi texnikalar və s… Hətta, ən yüksək nöqtədə yerləşən postlarımız da belə hər cür şərait vardır. Hərbiçilərimizdə ruh yüksəkliyi ən üst səviyyədədir. Lakin bunlara baxmayaraq, müharibə şəraitində olduğumuza görə hər an baş verə biləcək döyüşlərdə əlavə sığınacaqlar nə qədər çox olarsa, bir o qədər də az yaralısız və itkisiz qələbyə nail ola bilərik.

Odur ki,hər birinizdən xahiş edirəm, kimin imkanı varsa istifadə etmədiyi texnikalar (müvəqqəti olaraq), istifadəyə yararsız beton panellər (minimum 3 m uzunluğunda), beton blokları, yararsız padonlar (paletlər),söküntüdən çıxma taxta materiallar barədə mənə Feyzbuk səhifəm üzərindən məlumat versin. Mən də həm sizin bu dəstəyinzlə, həm də öz imkanlarım hesabına həmin materialları toplayaraq hərbi hissələrə və cəbhə xəttinə çatdırım.

  Əziz həmvətənlər!

Gəlin boşuna enerji və vaxt itirməkdənsə,bu dəstək kamapaniyasına qoşulaq və Milli Ordumuzun gələcək döyüşlərdəki itkisiz qələbələrinə öz vətəndaşlıq töfhələrimizi verək!

Əvəlcədən hər birinizə öz dərin minnətdarlığımı bildirirəm!

Qeyd edək ki, təşəbbüsə ilk dəstək Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovdan gəlib. Eyni zamanda Mingəçevir Telekommunikasiya Qovşağının rəisi Mahir Mürsəlov da bu istiqamətdə öz imkanlarını səfərbər edib. Bu çağırşdan qısa müddət sonra isə Mingəçevir sakinləri Şəhriyar Musatafayevin təşəbbüsünə qoşularaq Milli Ordumuza öz dəstəklərini nümayiş etdiriblər.Məsələn, iş adamı, Mingəçevir Regional Tikinti Materiallarının satış bazasının rəhbəri Vüqar Qədimov iyulun 31-də-məhz bayram günündə 2 maşın taxta materialı, 4 maşın beton piltələr olmaqla, ümumilikdə 6 maşın material ordumuza dəstək məqsədi ilə hərbi hissələrə yola salınıb.

Həmçinin,juranlist Ehtiram Muradov öz həyətyanı sahəsində olan istifadəyə yararlı beton piltələri verib. Şəhriyar Musatafayev və Mahir Mürsəlovun dəstəyi ilə hərbi hissəyə göndərilib.

Mingəçevir kəndinin dəyərli ağsaqqalı Mustafayev Rizvan Əmrah oğlu da tərəddüd etmədən ordumuza öz texniki dəstəyin göstərib.

Təşəbbüsə qoşulan təkcə mingəçevirlilər olmayıb. Belə ki,Ağdaş rayonun sakini Məmmədov Ziyad Məmmədkərim oğlu da Ordumuza dəstək çağırışına qoşulub və müxtəlif materialların hərbi hissəyə göndərilməsini təmin edib.

Kanal32.az

Your email address will not be published.