Bu Təcili Tibbi Yardım avtomobillərində görün nələr var-FOTOLAR

0 37
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizə yeni Təcili Tibbi Yardım avtomobilləri gətirilib.
Kanal32.az İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaydığı məlumata istinadən  bildirir ki,agentlik tərəfindən alınan bu Təcili Tibbi Yardım avtomobilləri koronavirusla mübarizə çərçivəsində tibbi xidmətlərin keyfiyyətinin daha yüksək səviyyəyə çatdırılması, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi, o cümlədən səhiyyə sisteminin bu cür ixtisaslaşdırılmış avtomobillərlə təminatının yüksəldilməsi istiqamətində atılan növbəti addımdır.
Agentlik 2020-ci ildə Türkiyədə istehsal olunan “Fiat Doblo Maxi XL” markalı 2 ədəd təcili tibbi yardım avtomobilini “Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin istfadəsinə vermişdir. Ambulans, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi üçün bütün lazımi tibbi avadanlıq quraşdırılıb. Bu cür maşınların gətirilməsi ölkə səhiyyəsində yenilikdir. Avtomobillər ölçü baxımından kiçik olmaları ilə də fərqlənir ki, bu da onlara tıxac və ya dar yerlərdə sərbəst manevr etməyə imkan verir.
Azərbaycanda COVID-19-la mübarizə sahəsində çox mühüm tədbirlər görülür. Prezident İlham Əliyevin şəxsi tapşırığı ilə qabaqcıl şirkətlərin istehsalı olan ən müasir tibb avadanlığı ilə təchiz edilən bu cür maşınların ölkəmizə gətirilməsi hazırkı dövrdə, pandemiya ilə mübarizə aparılan bir şəraitdə çox mühüm rol oynayır. Bu, Azərbaycan dövlətinin vətəndaşlarının sağlamlığına nə dərəcədə həssas yanaşdığının göstəricisidir.

Bu maşınların salonlarının təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir. Avtomobillər bir sıra özünəməxsus xüsusiyyətlərə malikdir.

Your email address will not be published.