Milli Qəhrəmanın adını daşıyan məktəbdə rəzalət-FOTOLAR

0 12

Milli Qəhrəman Malik Əsədov adına Yevlax rayon Havarlı kənd tam orta məktəbində utancverici vəziyyət qeydə alınıb.  

Kanal32.az xəbər verir ki, bu barədə “Mingəçevir həqiqətləri” adlı feyzbuk səhifəsində video və fotolar yayımlanıb. Gördüyünüz kimi məktəbin həyətindəki şəhidlərin xatirə kompleksinə cöngə hörüklənib.Bu erkək dana rahatlıqla otlayır və məktəb  direktoru Cəmil Quliyevin yaratdığı şəraitdən səmərəli şəkildə istifadə edir.Hətta,kefi kökələn kimi dartınıb şəhid abidəsinin paslanmış köhnə məhəccərlərini də əyir.

Əldə etdiyimiz məlumata görə bu kefqom cöngənin sahibi məktəbin direktor müavini İlham müəllimdir.Mingəçevir şəhərində yaşayan və əslən Havarlı kəndindən olan şəxslərdən biri deyir ki, məktəb direktoru Cəmil Quliyev,müavini İlham müəllim və kəndin “sahibi” sabiq bələdiyyə sədri Sərvan Musayev bir “kruq”dur. Ona görə də bunlara “gözün üstə qaşın var” deyən yoxdur. Bunun nəticəsdir ki, adıçəkilən şəxslər kənd məktəbini də, bələdiyyəni də öz şəxsi obyektləri kimi idarə edirlər.Onu da qeyd edək ki, uzun illərdir adı müxtəlif qalmaqallarda,qanunsuz torpaq alverində hallanan Sərvan Musayev rəsmi qaydada bələdiyyə sədri olmasa da, qeyri-rəsmi bu vəzifəni yenə də icra edir.Çünki öz yerinə kənd bələdiyyəsinin sədri kimi qızı Musayeva Pərvanəni təyin etdirib.

Direktoru Cəmil Quliyevin “pedaqoji fəaliyyəti” çərçivəsində Havarlı məktəbinin həyətində otlayaraq bəslənən cöngənin sonrakı məkanı Kənd bələdiyyəsinin inzibati binası olub. Rahatlıqla binanın pilləkənlərini qalxaraq giriş qapısında dayanan erkək dana sanki “buranın yiyəsi varmı” deyə sual edir.Görünən isə odur ki, bələdiyyə üzvləri iş yerlərində yoxdur.

Yəqin ki,Yevlax Rayon İcra Hakimiyyəti,eyni zamanda Təhsil Nazirliyi  bu biabrıçılığa rəsmi qaydada müdaxilə edib sözügedən şəxslərin cəzalandırılması üçün müvafiq tədbirlər görəcək.

Cənablar,bütün bu görüntülərə baxın,düşünün və bu rəzalətə qiymət verin…

Kanal32.az

Your email address will not be published.