“Eko-TES”-in daha bir layihəsi uğurla başa çatdı-FOTOLAR

0 39

“Ətraf mühitin qorunması mövzunda seminarların təşkili” layihəsi başa çatıb.

Kanal32.az xəbər verir ki,”Eko-TES” Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai Birliyi Azərbaycan Respublikası Prezidentinin yanında QHT -lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ətraf mühitin qorunması mövzunda seminarların təşkili” adlı layihəsini uğurla başa vurub. Layihədə əsas məsələ əhalini televiziya vasitəsi ilə ətraf mühitin qorunması və bu sahədə olan problemləri geniş əhali kütləsinə çatdırmaq, ictimaiyyətin bu sahədə fəallığını artırması yollarını araşdırmaq olub.

Televiziya verilişində “Eko-TES” Ekoloji Tədqiqatlar və Maarifçilik ictimai birliyinin sədri Çingiz Nəzərov, müstəqil elspert Xosrov Musayev aparıcı Rasim Zeynalovla birlikdə ekoloji problemləri, onların insan orqanizminə təsiri, respublikanın sənaye müəssisələrinin ətraf mühitin çirkləndirilməsindəki rolundan danışıblar.

Verilişlərdə xüsusən,əhalini daha çox naratat edən, son zamanlar ölkə başçısının da xüsusi diqqət yetirdiyi su çatımamazlığı, içməli su  və onun keyfiyyət məsələri ətrafında müzakirələr aparlıb. Diqqət su qanunveriçiliyi, bu qanunveriçilikdəki böşluqlara yönəldilmiş, bu tip məsələlər ön plana çıxarılıb.

Televiziya verilişləri  zamanı bir fikirdə vurğulanıb ki, ekoloji tərbiyə, ekoloji mədəniyyət millətin ümumi mədəniyyətinin  tərkib hissəsi olmaqla yanaşı, həm də onun əsas göstəricisi, əsas indikatorudur.

“Eko-TES” Ekoloji Tədqiqatlar və Maarifçilik ictimai birliyinin ekspertlərin mütəxəssisləri ilə hazırlanan hər iki televiziya verilişi  həm “Aran TV”, həm də “Kəpəz TV” də  yayımlanıb.

Həmçinin, verilişlərdə Azərbaycan Respublikası Prezidenti yanında QHT -lərə Dövlət Dəstəyi Şurasının ekoloji məsələrə xüsusi diqqətlə yanaşması və bu sahədəki layihələrə önəm verməsi diqqətə çatdırılıb.

 

Kanal32.az 

 

Your email address will not be published.