Köçkünün qələbə münasibəti ilə atdığı addım hamını təəccübləndirdi-FOTOLAR

0 58

Mingəçevir şəhərində məskunlaşan məcburi köçkün hər kəs üçün örənək olacaq maraqlı bir addım atıb.

Kanal32.az xəbər verir ki, Mingəçevir şəhərində yerləşən “Yeni həyat” qəsəbəsində yaşayan Rzayev Yasin Zülfü oğlu  Azərbyacan Ordusunun qələbəsindən sonra bu şanlı zəfərin şərəfinə  təqdirəlayiq bir addım atıb. Belə ki, o, torpaqlarımızın mənfur erməni işğalından azad olması münasibəti ilə müştərilərinin onun marketinə olan bütün borclarını silib. Sakinlərin “Şamil market”ə olan börcu ümumilikdə 10 min manat civarında olub.

Qeyd edək ki, bu örnək addımı atan sahibkar Rzayev Yasin Zülfü oğlu 27 ildir Vətən həsrəti ilə yaşayır və Ağdam rayonunun Mərzili kəndindəndir.

Kanal32.az

Your email address will not be published.