Yeni sayt fəaliyyətə başladı-FOTO

0 36

Azərbaycan  Respublikası Prezidenti yanında QHT-lərə Dövlət  Dəstəyi  Şurasının yardımı ilə  “Azərbaycan aləmi”  Mədəniyyət Mərkəzi İctimai Birliyi “Koronavirus pandemiyası ilə mübarizə, əhalinin maarifləndirilməsi, aztəminatlı ailələrə yardımın təşkili” layihəsi çərçivəsində bütün işləri uğurla həyata keçirib. Qurum layihədə nəzərdə tutulmayan  fəaliyyətləri isə töhfə olaraq təqdim edir.

Kanal32.az-ın məlumatına görə,“Azərbaycan aləmi”  Mədəniyyət Mərkəzi İctimai Birliyi  COVİD-19  virusuyla aparılan mübarizədə vətəndaşların maarifləndirilməsi üçün əməli addımlar ataraq regionda  öz töhfəsini verir.  Birliyin sədri və könüllüləri cəbhə bölgəsinə, Gəncə şəhərinə  səfər edib, vətəndaşlara pulsuz  maska paylayıblar.  Gəncədə ictimai yerlərdə  maskasız vətəndaşlarla söhbətlər aparıblar.

Birlik pandemiya dövründə əhalinin maarifləndirilməsi məqsədi ilə vətəndaşlarımızın maarifləndirilməsi sahəsində fəaliyyətini daha effektiv təşkil etmək üçün ccaa.org.az  internet  saytının platformasını hazırlayıb. Sayt  peşəkarlar tərəfindən  işlənib  və oxucuların  ixtiyarına verilib. Saytın yaradılmasında məqsəd pandemiya dövründə ölkədə və dünyada aparılan qabaqlayıcı tədbirlərlə  bağlı əhalini doğru-düzgün məlumatlandırmaqdı. İnsanlarımız üçün informasiyaların əl çatan olmasını təmin etməkdir. Saytda  COVİD-19 virusuna bulaşmamağın, xəstəlikdən qorunmağın yollarını göstərən müvafiq materialların paylaşılması planlaşdırılır.

Həmçinin  Ümumdünya Səhiyyə Təşkilatının, Respublikamızın səhiyyə orqanlarının, TƏBİB-in  və s. qurumların tövsiyələri,  statistik göstəricilər, ölkəmizdə  ümumi vəzəiyyət, koronavirusla bağlı aparılan profilaktik tədbirlər barədə informasiyaların dərc edilməsi nəzərdə tutulur. Eyni zamanda  veb-saytda milli QHT-lərimzin bu sahədəki fəaliyyətləri də yer alacaq. İctimai Birliyin sədri Ş.Yusifova bildirib ki, bütün QHT-lər, səhiyyə işçiləri öz maarifləndirici məlumatlarını saytın emailinə göndərə bilərlər. “ccaa.org.az” saytı sizin tribunanızdır, buyurun əməkdaşlığa hazırıq”.

Azbelediyye.az

Your email address will not be published.