Bələdiyyə sədri koronavirusdan öldü-FOTO

0 117

Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bələdiyyə sədri dünyasını dəyişib.

 Azbelediyye.az xəbər verir ki, bu barədə məlumat Binəqədi rayon Bələdiyyəsindən əldə olunub. Məlumatda bildirilir ki, bələdiyyə sədri İlham Xəlilov koronavirusdan vəfat edib. Bələdiyyə sədri COVİD-19 virusuna yoluxma səbəbindən xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. İ. Xəlilov xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki,1958-ci il təvəllüdlü Xəlilov İlham Məmməd oğlu 2004-cü ildə keçirilən seçkilərdə Biləcəri bələdiyyəsinə üzv seçilib, 2005-ci ildən 2015-ci ilədək Biləcəri bələdiyyəsinin sədri olub, 2018-ci ildə yenidən bələdiyyə sədri seçilib.

Azbelediyye.az

Your email address will not be published.