Mingəçevir Dövlət Universiteti ilkə imza artır-FOTOLAR

0 147

Mingəçevir Dövlət Universiteti və Almaniyanın Siegen Universiteti arasında birgə layihənin ikinci təlimi başa çatıb

Kanal32.az xəbər verir ki, Mingəçevir Dövlət Universiteti (MDU) və Almaniyanın Siegen Universiteti (University of Siegen) arasında “Sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda birgə layihənin ikinci həftəsi üzrə nəzərdə tutulmuş təlimləri başa çatıb.

30 noyabr – 4 dekabr 2020-ci il tarixlərində “ZOOM” platforması üzərindən online formatda təşkil edilən sonuncu təlimdə MDU-nun İqtisadiyyat və idarəetmə, Mühəndislik və Pedaqoji fakultələrini təmsil edən tələbə və magistrantlar, eləcə də akademik və inzibati heyət üzvləri iştirak edib.

 

Almaniyanın Siegen Universitetinin professor-müəllim heyəti, Prime Academy komandasının üzvləri və uğurlu sahibkarlıq təcrübəsi olan iş adamları tərəfindən keçirilən təlimlər biznes-planların hazırlanması, startapların yaradılması, maliyyə mənbələrinə çıxış yolları və digər mövzuları əhatə edib. Təlim zamanı iştirakçıların praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə işgüzar oyunlar təşkil edilib və onların hazırladıqları biznes planların təqdimatları dinlənilib.

İşgüzar oyunlarda uğur qazanmış təlim iştirakçıları Prime Academy tərəfindən keçiriləcək beynəlxalq yarışmaya dəvət alıblar. Ən yaxşı təqdimat və biznes-plan hazırlayan təlim iştirakçıları müvafiq qiymətləndirmədən sonra layihənin sonunda mükafatlandırılacaqdır.

Qeyd edək ki, birgə layihə təlim iştirakçılarında sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsini və regional eko-sistemin inkişafına töhfə verməyi hədəfləyib. Yeni dövrün tələblərinə uyğun olaraq sürətlə modernləşən MDU qarşısına qoyduğu bu hədəflərə çatmaq üçün yerli və xarici universitetlərlə əməkdaşlığın inkişafına mühüm əhəmiyyət verir.

Your email address will not be published.