Hüquqları pozulan Dilbər Məmmədova 1-ci vitse-prezidentdən kömək istəyir

0 248

 Binə Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmmədovanın qardaşı oğlu Meybulla Məmmədov məhkəmənin qərarına əməl etməyərək, iki ilə yaxındır ki, rəsmi boşandığı həyat yoldaşı Dilbər Məmmədovaya övladlarını qaytarmır.

Dilbər Məmmədova Birinci vitse-prezident Mehriban Əliyevadan kömək istəyir….

Şikayətçi  Dilbər Məmmədovanın KANAL32.AZ-a verdiyi məlumata görə, keçmiş həyat yoldaşı M.Məmmədov Kəbirə Məmmədovanın və atasının statusundan istifadə edərək icra orqanlarına təzyiq edir: “14 avqust 2019-cu ildə Məmmədov Meybulla İsbəndiyar oğlu ilə aramızda olan şiddətli məişət zorakılığı səbəbindən Binəqədi Rayon Məhkəməsində hakim F.Qasımovun sədrliyi ilə keçirilən məhkəmədə rəsmi olaraq ayrıldıq. Məhkəmədə azyaşlı uşaqlarım Yağmur və Aydanın mənim yanımda saxlanılmaqla onların 18 yaşına çatanadək hər ikisi üçün 160 AZN aliment verilməsi barədə qərar qəbul edildi. Bununla bağlı Meybulla Məmmədovun verdiyi apellyasiya şikayəti təmin edilmədi və Bakı Apellyasiya Məhkəməsi oktyabrın 23-də Binəqədi Rayon Məhkəməsinin Qətnaməsini qüvvədə saxladı. Bundan sonra cavabdeh Meybulla Məmmədov Bakı Apellyasiya Məhkəməsinin sözügedən Qətnaməsindən Ali Məhkəməyə şikayət verib. Ali Məhkəmənin 2020-ci il mayın 22-də verilən qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsi qüvvədə saxlanıldı. Ali Məhkəmənin yekun qərarının qəbul edilməsindən 8 aya yaxın vaxt keçməsinə baxmayaraq Xəzər Rayonu İcra və Probasiya Şöbəsinin əməkdaşı Yaqub Qafarov məhkəmə qətnaməsini məqsədyönlü şəkildə icra etməkdən boyun qaçırır”.

Dilbər Məmmədova onu da bildirib ki, məhkəmənin qərarına əməl edilməməsi ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya məktub ünvanlayıb və ondan üzləşdiyi qanunsuzluqların aradan qaldırılması aidiyyatı üzrə müdaxilə etməsini xahiş edib.

Məsələ ilə bağlı Xəzər Rayonu İcra və Probasiya Şöbəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qalıb.

Qeyd edək ki,redkasiya olaraq qarşı tərəfin mövqeyini dərc etçəyə hazırıq.

Onu da xatırladaq ki, Binə Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmmədovanın və onun yaxın qohumlarının adı zaman-zaman müxtəlif səpkli qalmaqallarda və ciddi qanun pozuntularında hallanıb.Onlar barədə mətbuatda xeyli sayda araşdırma yazılar dərc edilib.

Kanal32.az

Your email address will not be published.