Mingəçevirdə Prezidentin şərəfinə aksiya keçirilib-FOTOLAR

0 162
 Mingəçevir Şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatı Ali baş komandan İlham Əliyevin doğum gününə fərqli bir aksiya ilə töhfə veriblər.
Kanal32.az xəbər veri ki, Prezident İlham Əliyevin doğum günü münasibətilə  Mingəçevirdə şəhərin bir neçə ərazisində ağacəkmə aksiyası keçirilib. Müxtəlif növ həmişəyaşıl ağacların əkilməsində şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP şəhər təşkilatının fəalları və ictimayyət nümayəndələri  iştirak edib.

Məlumat üçün qeyd edək ki, son 2 ildə Mingəçevir şəhərinnin bir neçə yerində abadlaşdırma, yenidənqurma işləri həyata keçirilibvə  yeni parklar salınıb. Eyni zamanda mövcud parklar bərpa edilərək sakinlərin istifadəsinə verilib. Bu qəbildən olan işlərin gələn il də həyata keçirilməsi planlaşdırılır.

 

Müəllif: İxtiyar Həsənli

Your email address will not be published.