QHT sədrindən Prezidentə fərqli təbrik

0 220

“Uşaqların Gələcəyi Naminə” təşkilatının elan etdiyi “Nidanın gücü, gücün nidası!” adlı yazı müsabiqəsinə yekun vurub.

Bu barədə Kanal32.az-a təşkilatın sədri hüquqşünas Könül Quliyeva məlumat verib. K.Quliyeva bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komanadanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Valday şəhərində qürur hissi ilə dediyi “Qarabağ Azərbaycandır!” şüarı müharibə dövründə Azərbaycan Ordusunun ilhamverici qüvvəsinə çevrilib. Odur ki, möhtəşəm zəfərə həsr edilmiş “Nidanın gücü, gücün nidası!” adlı yazı müsabiqəsi keçirmək qərarına gəldik və nəticələri də cənab Prezidentin ad günündə açıqladıq.

Qeyd edək ki, “Nidanın gücü, gücün nidası!” V-IX sinifdə təhsil alan orta məktəb şagirdləri arasında keçirilib. Müsabiqəyə yazılar 01 dekabr 2020-ci il tarixdən 15 dekabr 2020-ci il tarixədək təqdim edilib.15-20 dekabr 2020-ci il tarixdə isə müsabiqənin qiymətləndiriməsi həyata keçirilib. Yazılar müxtəlif peşə sahiblərindən ibarət 5 nəfər ekspert tərəfindən qiymətləndirilib. Və bütün yazılar ekspertlərə anonim olaraq təqdim edilmiş, 5 ballıq sistemlə qiymətləndirlib.

Qeyd edək ki, ekspert qrupunun rəhbəri AMEA-nın Folklor İnstitunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoydur. Müsabiqənin yekunlarına əsasən I yerə 24 balla “Vətən müharibəsində nidalar durğu işarəsindən vətənpərvərliyimizin ifadəsinə çevrildi!” məqaləsi ilə S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının 7C sinif şagirdi Vəkiloğlu Mustafa Səməd oğlu, II yerə 22 balla “Nidanı yaradanlar” məqaləsi ilə, Bakı Avropa Liseyi IX sinif şagirdi Məmmədova Mömünəxatın Tahir qızı, III yerə 21 balla “Mənim vətənimi xilas edən nida” məqaləsi ilə Fizika Riyaziyyat və İnformatika təmayüllü Respublika liseyinin VIII d sinif şagirdi Kazımov Ayxan Xalid oğlu olub.

Qaliblərdən başqa müsabiqədə Beyləqan şəhəri Təbiət və Humanitar Fənlər təmaüllü Liseyin 5 b sinif şagirdi Ayxan Əliyev “Nidanın gücü” məqaləsi həvəsləndirici mukafatla təltif edilib. Bütün qaliblər və təşkilatımız adından Ali Baş Komandanımız Prezident İlahm Əliyevi doğum günü münasibəti ilə təbrik edirik!

Tanrı Azərbaycanı Qorusun! Qarabağ Azərbaycandır!

Your email address will not be published.