Diaspor komitəsininin sədrini ağ yuyub,qara sərdilər-VİDEO

0 199
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə 92 nəfəri təltif etməsi ciddi qalmaqallara və xeyli sayda haqlı narazılıqlara səbəb olub.

Hətta, bir qrup diaspora rəhbərləri-Fransada yaşayan, Parisdəki Ulduz Mədəniyyət Assosiasiyasının prezidenti Aytən Muradova,Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyeva, Nigeriyada Azərbaycanın Dostları Təşkilatının rəhbəri Billurə Bayramova-Bernard “Təşəkkürnamə” ilə təltifdən imtina ediblər. Onlar sosial mediada açıqlama ilə çıxış edərək təltifləri qəbul etmədiklərini bildiriblər.

Bu genişmiqyaslı nazrazılıqlar fonunda Azərbaycan cəmiyyətinin,eyni zamanda müstəqil medianın da  Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova sərt təpkiləri var. Hətta,onu ayrıseçkilik etməkdə, diaspor təşkilatları arasında intirqa və parçalanma yaratmaqda ittiham edirlər.

Ən sərt ittihamlardan bir neçəsini də Qarabağ qazisi,jurnalist Sənan Həsənoğlu səsləndririb.

Azbelediyye.az həmin videonu təqdim edir:

Sözügedən komitə tərəfindən Türkiyədə yaşayan və zaman-zaman Azərbaycan hakimiyyətini yerli-yersiz tənqid edən, aktiv diaspor fəaliyyətinə heç bir aidiyyatı olmayan Xalq artisti Cahagir Zeyanlovun təltif edilməsi isə qurumun daxilində hansısa oyunların getdiyini deməyə əsas verir.

Bəlkə də …Vəliyev…Nə isə…Allah Azərbaycanı qorusun!

Redaksiya olaraq bildiririk ki,Diasporla İş üzrə Dövlət Komitəsinin mövqeyini dərc etməyə hazırıq.

Azbelediyye.az

Your email address will not be published.