İş adamı deputatla birlikdə Şəhid ailələri ilə görüşüb-FOTOLAR

0 185

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov və “Dərəlyəz” MMC-nin rəhbəri, iş adamı Nurlan Həsənov  Şəhid ailələri və qazilərlə görüşüb.

Kanal32.az-ın məlumatına görə, adıçəkilən şəxslər Yevlax rayonunun Səmədabad kəndində Vətən müharibəsi şəhidi polkovnik-leytenat Soltan Məmmədovun ,  Kolanı kəndindən Vətən müharibəsi şəhidi Sənan Səmədlinin , Malbinəsi kəndində məskunlaşan Vətən müharibəsi şəhidi,əslən kəlbəcərli Seymur Həsənlinin,Yevlax şəhərindən  Nicat Quliyevin, Nicat Səfərovun ,Cavid Təhməzovun və  Yusif Yusifbəylinin ailəsinə baş çəkiblər. Şəhidlərin valideyinlərinə baş sağlığı verərək, qəhrəman övladlarının vətənin azdlığı, ərazi bütövlüyü uğurunda qəhrəmancasına döyüşərək müqəddəs və ali zirvəyə-şəhidlik zirvəsinə ucaldıqlarını vurğulayıblar. Bütün xalqımızın onların qarşısında baş əydiklərini dilə gətiriblər.

 Eyni zamanda Millət vəkili İlham Məmmədov və iş adamı Nurlan HəsənovVətən müharibəsi qaziləri- Fəqan Məmmədovun , Yevlax rayonu Çobankərə kəndindən Yavər Həsənovun və Vətən müharibəsi qazisi Elmir Mənsimovun evlərinə gedərək,onlarla görüşüblər. Döyüş meydanında qəhrəmanlıq göstərən qazilərin Vətən yolda öz sağlamlıqlarından keçdiklərini vurğulayaraq , şəhidlərin və qazilərin hər zaman Azərbaycan xalqının qəlbində yaşaycaqlarını bildiriblər. Onların problemləri ilə maraqlanıblar.

 

Millət vəkili İlham Məmmədov onu da qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid və qazi olmuş şəxslər hər zaman olduğu kimi bu gün də cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatələnib. Həmnçinin vurğulanıb ki,bu məqsədlə cənab Prezident tərəfindən “Yaşat” Fondunun yaradılması, bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulmuş aylıq müavinətlərin məbləğinin artırlması, Heydər Əliyev Fondunun şəhid ailələrinə və qazilərə qayğılarının həllində yaxından iştirakı dövlətin diqqət və qayğısının bariz nümunəsidir.

Deputat İlham Məmmədov öz növbəsində Şəhid ailələrinin, qazilərin qayğılarını dinləyərək, yerində həll edilməsi mümkün olan məslələrlə bağlı aidiyyatı qurumlara müraciət edəcəyini diqqətə çatdırıb. Digər məsələlərlə bağlı qeydlər götürülüb.

Məlumat üçün onu da qeyd edək ki,“Dərəlyəz” MMC-nin rəhbəri, iş adamı Nurlan Həsənov Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə öz şəxsi vəsaiti hesabına 20 ailəyə müxtəlif növ ərzaqlardan ibarət sovqat bağlamaları paylayıb. Həmçinin  20 ailəyə onların bir sıra ehtiyaclarını qarşılayacaq məbləğdə maliyyə yardımı edib. Nuralan Həsənovun il ərzində qeyd olunan bütün bayramlarda Mingəçevir, Ağdaş, Yevlax və Şəkidə müxtəlif istiqamətli xeyiriyyə tədbirləri həyata keçirib, uşaq evlərinə, kimsəzilərə, Şəhid ailələrinə və  imkansız ailələrə maddi dəstək göstərib.

Kanal32.az

Your email address will not be published.