Deputat seçiciləri ilə görüşdü-FOTOLAR

0 67

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri, Millət vəkili İlham Məmmədov hə rzaman olduğu kimi, yenədə bayram günlərində xüsusi karantin qaydalarına riayət etməklə öz seçiciləri ilə birlikdə olaraq onları Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni ilin gəlişi münasibəti ilə təbrik edib. İlham Məmmədov ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasəti və qəhrəman Azərbaycan əsgərinin rəşadətinin nəticəsində geridə qoydğumuz 2020-ci ilin ölkəmiz üçün Zəfər ili olaraq yaddaşlarda qaldığını bildirmişdir. 30 ildən artıqdır düşmən işğalında olan tarixi torpağlarımız Qarabağın azad edilməsini, bu il xalqımızın ən böyük hədiyyəsi adlandıran Millət vəkili bu şərəfli və məğrur anları bizlərə yaşadan Cənab Prezidentə və qəhrəman əsgərlərimizə minnətdar olduğunu vurğulayıb.

Torpağlarımızın azadlığı uğrunda canlarını fədan edən şəhidlərimizin əziz xatirəsinin tarix var olduqca xalqımızın qəlbində əbədi yaşayacağını bildirən İlham Məmmədov bu gün dövlətimizin əsas ali məqsədinin şəhid ailələrinin, qazilərimizin sosial-məişət problemlərinin həlli olduğunu bildirmişdir. İlham Məmmədov Cənab Prezident İlham Əliyevin, Birinci vitse Prezident Mehriban xanım Əliyevanın hərzaman olduğu kimi bu gündə bütün diqqət və qayğısının şəhid ailələrinə, öz sağlamlıqlarını itirmiş qazilərimizə yönəldiyini diqqətə çatdırmışdır. Millət vəkili 44 gün ərzində qazanılan bu zəfərin mərkəzində xalqın Cənab Prezidentə olan inamının, dəsdəyinin durduğunu vurğulayaraq qeyd etmişdir ki, Cənab Ali Baş Komandanda hərzaman Azərbaycan xalqına, onun birliyinə inanmışdır. Vətən müharibəsi dövründə xalqımızın arxa cəhbədə əsgərinə göstərdiyi diqqət qayğı, yaşanan bu birlik əslində Cənab Prezidentin apardığı məqsədyönlü siyasətin təzahürüdür ki, bu illər ərzində xalqımız öz bütövlüyünü, humanistliyini heçzaman itirməyib.

Bütün bu uğurların yekun nəticəsidir ki, bu gün biz Qarabağ Azərbaycanındır deyərək işğaldan azad olunmuş torpağlarımızda üç rəngli vətən bayrağını dalğalandırırıq deyən İlham Məmmədov bütün bu qazanılan qələbələr münasibəti ilə də birdaha seçicilərini təbrik edib. Millət vəkili yeni gələn 2021-ci ilin ölkəmiz üçün quruculuğ ili olduğunu, artıq xalqımızın Qarabağ adlı bir ağrı acı ilə yaşmayacağını qeyd edərək bildirib ki, Azərbaycan özünün böyük inkişaf yolunda uğurla addımlamaqdadır. Hər il xalqımızın sosial rifahı dahada yaxşılaşır. Yeni iş yerlərinin açılması, özünəməşğulluğun artırılması, qeyri neft sektorunun inkişafı uğurlu inkişafın bariz nümunəsidir.

Rayon sakinləridə öz növbəsində xalqımıza Zəfəri yaşadan, bizləri məğlub bir xalqdan, qalib xalqa çevirən ölkə Prezidentinə minnətdarlıq bildirərək qeyd etmişlər ki, Yevlaxlılar hərzaman olduğu kimi, bugündə Ulu öndər Heydər Əliyev siyasi kursuna, bu kursun layiqli davamçısı, xalqımızın əbədiyaşar qəhrəmanı cənab Prezidentimiz İlham Əliyevə dəsdək olduqlarını, onun ətrafında dəmir yumruq kimi birləşdiklərini bildirmişlər. Sonda İlham Məmmədov seçicilərinin problemlərini dinləmiş, bir sıra problemləri yerində həll edərək, digərlərinin həlli istiqamətində müvafiq qurumlara məlumat verəcəyini qeyd edib.

Your email address will not be published.