ICESCO-nun Baş direktoru: “İşğaldan azad edilən ərazilərdə gördüyümüz mənzərə əsl faciədir”

0 107

[ad_1]

Azərbaycanda səfərdə olan İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərə gedərək ermənilər tərəfindən törədilmiş dağıntıları müşahidə edib. Füzuli rayonuna səfərdən sonra ICESCO-nun Baş direktoru AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb.

– Siz işğaldan azad olunmuş ərazilərimdə düşmənin Azərbaycanın tarixi-mədəni və dini irsinin məhv edilməsini öz gözlərinizlə gördünüz. Bilmək istərdik, indi nə hisslər keçirirsiniz?

– İlk növbədə, Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə münasibətilə Prezident İlham Əliyev başda olmaqla, xalqınızı təbrik etmək istərdim.

Bizim burada gördüyümüz mənzərə əsl faciədir. Biz işğaldan azad olunmuş torpaqlara səfər zamanı bütün kəndlərin, yaşayış yerlərinin, tarixi və dini abidələrin dağıdıldığını gördük. Məscidlərin, dini məbədlərin dağıdılması, təhqir olunması, vandallığa məruz qalması qəbulolunmazdır. Dini məkanlara hörmətlə yanaşılmalı, onlar qorunmalıdır. Əminəm ki, dağıdılmış bu ərazilərdəki bütün dini-mədəni abidələr bərpa olunacaq. Təbii ki, yalnız ölkə və bölgə, region səviyyəsində deyil, dünya səviyyəsində insanların dini inanclarına fərq qoyulmamalı, hər bir dinə məxsus məbədlərə hörmət olunmalıdır.

Hər bir müharibə təəssüf ki, əraziləri dağıntılara məruz qoyur, həmçinin müxtəlif obyektləri. Amma buna baxmayaraq, dini-mədəni məkanların və mədəni irsin dağıdılması yolverilməzdir.

Bəzən biz məlumatları alırıq, eşidirik, oxuyuruq. Amma gəlib gözümüzlə gördüyümüz mənzərə bizi çox kədərləndirir və hər birimizə təsir edir.

– İşğaldan azad olunmuş ərazilərdə Azərbaycanın tarixi maddi irsinin qorunması istiqamətində ICESCO tərəfindən nə kimi addımlar atılacaq? Qarabağda yerləşən İslam dini abidələrimizin İslam Dünyası İrsi Siyahısına daxil edilməsi gözlənilirmi?

– Əlbəttə ki, burada, ilk növbədə, Azərbaycan hökuməti tərəfindən müəyyən sorğular göndərilməlidir və bundan sonra müstəqil ekspertlər komitəsi tərəfindən həmin sorğular dəyərləndiriləcək. Mədəni irs abidələrinin İslam Dünyası İrsi Siyahısına daxil olunması həm də o deməkdir ki, bu mədəni obyektlər, dini abidələr ICESCO tərəfindən qorunacaq. Bizim əsas məqsədimiz mədəni-dini irsə aid olan abidələri qorumaqdır. Eyni zamanda, vurğulamaq istərdik ki, biz bütün dinlərə aid dini abidələri qoruyuruq.

Bizə bu ərazilərdəki vəziyyəti yerində görməyimizə şərait yaratdığına görə Azərbaycan hökumətinə təşəkkürümüzü bildiririk. Ümid edirəm ki, bu yerlər yenidən bərpa olunandan sonra bura bir daha gəlmək imkanımız olacaq.

[ad_2]

Source link

Your email address will not be published.