Oxu.az – Azadlığına qovuşmuş doğma yurd yerlərimiz yenidən qurulur

0 46

[ad_1]

2020-ci il Prezident, Ali Bas komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu mənfur düşmən Ermənistan üzərində şanlı qələbə qazandı. Nəticədə Azərbaycan öz doğma dədə-baba torpaqlarına qovuşdu və bununla da 30 illik Qarabağ həsrətinə son qoyuldu.

Artıq azadlığına qovuşmuş doğma yurd yerlərimizin bərpası və yenidən qurulması işləri çərçivəsində Qarabağ bölgəsində müasir sosial infrastruktur qurulacaq.
Azərbaycan hökuməti hər zaman əhalinin sosial rifahının yaxşılaşdırılması və ölkəmizin daha da inkişafı üçün çalışıb.

Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunan müşavirədə sosial sahə ilə bağlı tapşırıqların verilib.

Bildirilib ki, bütövlükdə 9 mindən çox şəhid ailəsi dövlət tərəfindən evlərlə və mənzillərlə təmin edilib. Ötən il isə 1500 şəhid ailəsi üçün evlərin verilməsi nəzərdə tutulmuşdur ki, artıq yaxın günlərdə bu planın icrası tam başa çatacaq. Bu proqram bu il də davam etdiriləcək. Belə ki, Vətən müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin doğmalarına, yaxınlarına evlər veriləcəkdir.

Prezident İlham Əliyev tərəfindən keçirilən son müşavirədə bildirilib ki, məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək. 

Füzuli rayonunda, Horadizdə və digər ərazilərdə tikilən evlər köçkünlərə veriləcək. Bütövlükdə keçmiş məcburi köçkünlərin 52 faizi şəhərlərdə məskunlaşıb. 

Qeyd edək ki, bu günə qədər ölkənin 30-dan artıq şəhər və rayonunda qaçqın və məcburi köçkünlər üçün 115 yeni qəsəbə və hündürmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. 65 min məcburi köçkün və qaçqın ailəsi, yaxud 315 minə yaxın insanın həmin qəsəbələrdə müvəqqəti olaraq yeni mənzillərlə təmin edilib.

Bundan sonra məcburi köçkün və qaçqınlar üçün yeni evlər, qəsəbələr doğma Qarabağda salınacaq. Bununla da məcburi köçkün və qaçqınların təhlükəsiz şəkildə qayıdışı və yaşamı dövlət tərəfindən ən yüksək səviyyədə təmin olunacaq.

Artıq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansında olan evlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilməsi ilə bağlı işlərə başlanılıb. Yeni mənzil proqramı Vətən Müharibəsinin iştirakçılarına, şəhid ailələrinə şamil ediləcək. Aidiyyəti qurumlarla proqramların hazırlanması və icrası istiqamətində detallar müzakirə olunacaq. 

Müxtəlif beynəlxalq xarici təsisatlar, özəl şirkətlər və dövlət qurumları, eləcə də, bu yaxınlarda Sosial Tədqiqatlar Mərkəzi tərəfindən məcburi köçkünlərin qayıdışı ilə bağlı sorğu keçirilib. Sorğuların yekdil nəticəsinə əsasən, məcburi köçkün və qaçqın soydaşlarımızın mütləq əksəriyyəti – 90 faizdən artığı doğma torpaqlarına qayıtmaq niyyətindədir. 

Pandemiya dövrünə baxmayaraq, 2020-ci ildə pensiya, müavinət və təqaüd, ünvanlı sosial yardım üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 1 milyard manatdan artıq çox vəsait ödənilib. Bununla da ötən il bütün sosial ödənişlər vaxtında və tam şəkildə həyata keçirilib.

Belə ki, 2020-ci ilin əvvəlində bütün pensiyalar ölkə üzrə 16,6 faiz indeksasiya olunaraq artırıldı. Ümumilikdə 2020-ci ildə pensiya ödənişləri 2019-cu illə müqayisədə 20 faiz artıb.
Ötən ildə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri 25 faiz, sosial müavinətlər 15 faiz artıb və ümumilikdə bu ödənişlər 2 milyondan çox vətəndaşımızı əhatə edib.

Aparılan islahatlar nəticəsində Azərbaycanda orta pensiyanın məbləği 13 faiz artaraq 300 manata, yaşa görə pensiyanın orta məbləği isə 330 manata çatıb. Həm minimum, həm də orta pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə Azərbaycan MDB məkanında öz liderliyini qoruyub. 

Ötən ildə 77 min ailənin 322 min üzvünə ünvanlı yardım ödənilib ki, bu, 2019-cu illə müqayisədə 19 min nəfər çoxdur və 15 faizlik artımla orta aylıq ödənilən məbləğ 240 manata çatıb. Əsassız pensiya, saxta əlillik işlərinin və digər ödənişlərin araşdırılması nəticəsində il ərzində 125 milyon manat məbləğə qənaət edilib.

Yığımların artması nəticəsində il ərzində 160 milyon manatlıq qənaət əldə olunub və ümumi məbləğin 250 milyon manatı dövlət büdcəsinə ödənib, 35 milyon manatı isə Pensiya Fondunun 2021-ci il üçün ehtiyatına yönəldilib. Ümumilikdə son iki il ərzində əhaliyə ödənişlərin 1 milyard manat artmasına baxmayaraq, dövlət büdcəsindən transfertin məbləği azalmış və ümumilikdə 570 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb.

Vətən Müharibəsində şəhid olan, müharibədə iştirak edən, yaralanan əsgərlərimizin ailələrinə dəstək verilməsi üçün də mexanizmlər hazırlanıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək verilməsi üçün “YAŞAT” Fondu yaradılıb.

Fondun əməkdaşları ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananların və şəhid ailələrinin yaşadıqları ünvanlarına üz tuturlar.  Son məlumata görə, fondun əməkdaşları 2706 şəhid ailəsini ziyarət edib. Bundan başqa 108 Vətən müharibəsində yaralanan hərbçilərimizin müraciətləri qeydə alınıb. Artıq 1549 şəxsin müraciət əsasında öhdəlik götürülüb.

Bu günə Fondda 25 milyon 519 min 185,25 manat cəmlənib, bundan 1 milyon 198 min 278,49 manat xərclənib.

Prezident İlham Əliyevin müvafiq fərmanları ilə şəhid ailələrinin təqaüdü 500 manata, 1-ci qrup müharibə əlillərinin təqaüdü 400 manata, 2-ci qrup müharibə əlillərinin təqaüdü 350 manata, 3-cü qrup əlillərin təqaüdü isə 300 manata qədər artırılıb.

Milli qəhrəmanlarımızın təqaüdləri 1800 manata çatdırılıb. Vətən Müharibəsi Qəhrəmanına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis olunub, onun da məbləği 2000 manat olaraq müəyyən edilib. Təqaüdlərin artırılması, ümumilikdə 100 minədək insanı əhatə edir. İkinci Qarabağ müharibəsi döyüşlərində iştirak edən və ya şəhid olan vətəndaşlarımızın ailələri ilə bağlı son bir ayda görülmüş işlər 7 min şəxsi əhatə edib.

2300 şəxsə sosial ödənişlər təyin olunmuşdur. 2000 şəhid ailəsi və müharibə iştirakçısının ailəsi özünüməşğulluq proqramlarına cəlb edilmiş, 2700 nəfərə isə sosial-psixoloji və reabilitasiya xidmətləri göstərilib. 2020-ci il ərzində 400 müharibə əlilinə və əlilliyi olan şəxslərə avtomobillər təqdim olunub.

Məşğulluq mərkəzləri tərəfindən ötən il 1000 nəfər vətəndaşımız işlə təmin edilib, 12 min ailə isə özünüməşğulluğa cəlb olunub. Proqrama cəlb olunan ailələrin sayının artırılması və 16 min ailəni əhatə edilməsi planlaşdırılır. Haqqıödənilən ictimai işlər proqramı icra olunur və yaradılmış 38 min daimi iş yerindən 98 faizi işçilərlə təchiz edilib.

Pandemiyanın fəsadlarının aradan qaldırılması ilə bağlı tədbirlər planına əsasən yaradılmış 50 min ikiaylıq müvəqqəti iş yerləri də 75 faiz komplektləşdirilib.

Pandemiya dövründə həssas təbəqədən olan insanlarımıza dəstək tədbirləri də icra olunmuş, 600 min işsiz, qeyri-formal işləyən şəxsə birdəfəlik ödəmə proqramı 190 manat məbləğində icra edilib. Bu məqsədlər üçün 450 milyon manat vəsait sərf olunub. 110 min aztəminatlı ailəyə 3 dəfə ərzaq yardımları verilib. 65 yaşdan yuxarı və tənha yaşayan şəxslər daimi sosial xidmətə götürülüb və müxtəlif sosial xidmət müəssisələrində həssas kateqoriyadan olan insanlarımıza dəstək tədbirləri təqdim edilib.

İlhamə Əbülfət

[ad_2]

Source link

Your email address will not be published.