Xilaskarlıqdan qalibiyyətə yüksələn zəfər missiyası

0 72

[ad_1]

Fakt budur ki, Heydər Əliyev Azərbaycanı öz xilaskarlıq missiyası ilə daxili və xarici düşmənlərdən qorudu, xilas etdi, onun siyasi varisi İlham Əliyev bu tarixi qələbə, zəfər müjdəsi ilə davam etdirdi

Sovet hakimiyyəti dağıldıqdan sonra müstəqilliyinə qovuşan Azərbaycanın üzləşdiyi çətinliklər, xaos Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratmışdı. Digər tərəfdən, ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyllərinin baş qaldırması yenicə müstəqilliyini əldə etmiş Azərbaycanı bir dövlət kimi varlığına son qoyulması riski ilə üzləşdirmişdi. Artıq bu reallıq özünü daha çox göstərməyə başlaması ilə yanaşı, ölkədaxili siyasi hərc-mərcliklərin kəskinləşməsi dövlətçiliyimizin əsaslarını laxlatmağa başlamışdı – gözləri respublikamızda olan xarici dairələr öz maraqlarının təminatı yönündə öz məkirli planlarını işə salmaqla vəziyyətin daha da mürəkkəbləşməsinə səbəb olmaqda idilər.   

Belə olan bir vəziyyətdə Qarabağ cəbhəsində baş verən hadisələr də arxa plana keçmiş, hətta ayrı-ayrı silahlı birləşmələr dövlətin təhlükəsizliyini, düşmənin işğalçılıq siyasətinin qarşısını almaları yerinə ya siyasi oyunların girovlarına çevrilir, ya da şəxsi maraqlarını düşünərək maddi gəlirlərini müharibə yolu ilə artırmaqla məşğul idilər.

Xalqa lider, sərkərdə lazım idi və məhz onun xilaskarlıq missiyasını icra etməsi nəticəsində Azərbaycan dövləti düşdüyü ağır hərbi, siyasi böhranlardan qurtula bilərdi. Bu şəxsiyyət isə əlbəttə ki, Heydər Əlirza oğlu Əliyev idi!
  
Xalq da yaxşı bilir və dərk edirdi ki, sarsılmaz iradə, sınmaz qətiyyət, sonzuz əzm və müdriklik ölkəni dəhşətli nəticələrdən qoruya bilər
 
O da əbəs deyildi ki, məhz belə bir gərgin və böhranlı vəziyyətdə xalq öz doğru seçimini və qərarını verdi. Daha dəqiq desək, o zamanın zəruri çağırışı sosial sifariş idi və bu sifarişin təməlində xilaskar Heydər Əliyevin xilaskarlıq missiyası dayanırdı. Çünki xalq da yaxşı bilir və dərk edirdi ki, yalnız sarsılmaz iradə, sınmaz qətiyyət, sonzuz əzm və müdrilik ölkəni dəhşətli nəticələrdən qoruya bilər. Parçalanmış xalqı birləşdirən, dünya azərbaycanlılarını bir araya gətirərək müstəqilliyimizi qoruyan, bunun davamı olaraq isə yalnız inkişaf və tərəqqi yolunu tutan dahi şəxsiyyət Heydər Əliyev artıq o zamandan uzaqgörən siyasətini müəyyən edərək, ölkəmizi daxili və xarici düşmənlərin əllərindən xilas etdi.

Nəticədə siyasi-diplomatik, iqtisadi cəbhədə qazanılan hər bir uğurun təməlində gələcək Azərbaycanın qüdrət, inkişaf və zəfər simvolları müəyyən edildi və bu faktor köklü şəkildə ölkəmizi dünya arenasına çıxarabildi. Çünki, qarşıda daha böyük, nəhəng qalibiyyətlər və zəfərlərin dayanması kimsədə şübhələr doğurmurdu.

Əgər bu gün biz müstəqil, güclü və qüdrətli, qalib Azərbaycan haqqında bəhs ediriksə, fikirlərimizi bölüşürüksə, bu reallıqların hər birində Heydər Əliyev imzasını görmüş oluruq.
 
Məhz bu şərəfli missiya keçmişimizi özümüzə qaytardı, bu günümüzün uğur reallığını sübuta yetirdi və sabahımızın növbəti qələbələrinin müjdəsini xalqımıza nəsib etdi

O da əbəs deyil ki, Azərbaycan xalqının Müzəffər sərkərdəsi, Ali Baş Komandanı, Prezident İlham Əliyev cənabları bilavasitə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçı, varisi olaraq hər bir vətənsevər azərbaycanlının qəlbində özünəməxsus yerə sahibdir. Və fakt budur ki, Heydər Əlirza oğlu Əliyev Azərbaycanı öz xilaskarlıq missiyası ilə daxili və xarici düşmənlərdən qorudu, xilas etdi, onun siyasi varisi İlham Əliyev bu tarixi qələbə, zəfər müjdəsi ilə davam etdirdi. Məhz “Qarabağ Azərbaycandır!” tarixi kəlamı ilə!

30 il işğalçı Ermənistanın tapdağı altında qalan Qarabağ torpaqlarımız 44 günlük zəfər yürüşündə işğaldan azad edildi. Bəli, “Xilaskarlıqdan Qalibiyyətə!” Məhz bu şərəfli missiya keçmişimizi özümüzə qaytardı, bizi bir xalq, Millət olaraq birləşdirdi bu günümüzün uğur reallığını sübuta yetirdi və sabahımızın növbəti qələbələrinin müjdəsini xalqımıza nəsib etdi.

Artıq onu da əminliklə vurğulaya bilərik ki, gələcək nəsillərimizin daha parlaq və qüdrətli bir dövlətdə yaşayacağına heç kim şübhə etməsin, çünki bunu cənab Ali Baş Komandanımız Şuşamızın azad olunduğu gün və sonrakı müraciətlərində dəfələrlə, qətiyyətlə vurğuladı!
 
Ona olan inam və ümid özünü bütün cəhətlərdən doğrultdu – xalq öz liderinin, Müzəffər sərkərdəsinin ətrafındadır!

Müzəffər Ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevin ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək, onun ruhu qarşısında baş əyməsi və həmin an qəlbində keçirdiyi xoşbəxtlik və qürur hisslərini xalqımızla bölüşməsi, ata vəsiyyətini ləyaqət və şərəflə yerinə yetirməsini söyləməsi həqiqi xilaskar və qalib sərkərdəyə layiq anlar idi. Biz, bu tarixin və qürurlu anların canlı şahidləri olaraq özümüzü ən xoşbəxt və ən qürurlu nəsil hesab edə bilərik.

Hələ 17 il əvvəl – xilaskarlıq missiyasından qələbə salnaməsinə keçilən dövrün yeni tarixi yazılmışdı. 2003-cü ildən böyük ümid və inamla xalqımızın arzusu və seçimi ilə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyevin siması və siyasətində davam etdi.

Olduqca məsuliyyətli və strateji hədəflərlə, məqsədyönlü konsepsiya və dövlətçilik quruluşu ilə başlanan uğurlu siyasət, Heydər Əliyev siyasi kursuna sadiqliklə bütün daxili və xarici siyasətin tam mərkəzində Azərbaycanın əbədi və əzəli torpaqlarının düşmən tapdağından azad olunması idi. “Xilaskarlıq salnaməmizin” müəllifləri Heydər Əliyev, İlham Əliyev – gələcək irsimiz və nəsillərimizə danışacağımız ən dəyərli uğur hekayəmiz!
  
Dünyanın bir sıra aparıcı dövlətləri Azərbaycanın Qarabağda apardığı hərbi strategiyası, müharibə metodları barədə öyrənir, əldə edilən qələbənin mühüm meyarlarını hərbi ədəbiyyatlarına daxil edirlər
 
Nəhayət, 2020-ci ilin 8 noyabr tarixi “Qarabağ Azərbaycandır!” nidası qoyulmuş oldu. Riyakar və daim cinayətkar siyasəti ilə dünyada işğalçı imici formalaşdıran Ermənistan əbədi və əzəli torpaqlarımızı işğal edərək beynəlxalq hüququn prinsiplərini pozması ilə kifayətlənməyərək, daha da azğınlaşması, qeyri-qanuni məskunlaşma, yeni ərazi iddiaları irəli sürərək mülki əhalimizə qarşı terror cinayətləri törətdilər. İllərlə yaratdıqları güclü erməni ordusu mifinə nəinki dünyanı hətta özlərini belə inandırmağı bacarmışdılar. 90-cı illərdə SSRİ ordusundan qalan silah və sursatlar, ermənipərəst qüvvələrin dəstəyi ilə öz işğalçı siyasətini həyata keçirərək ağır cinayət və soyqırım aktları törətdilər. Münaqişənin təmas xəttindən uzaq məsafələrə doğru genişlənməsi ermənilərin yeni ərazi iddialarının və işğal altında saxladıqları torpaqlarda əbədi məskunlaşmaq niyyətinin bariz nümunəsi idi. Ermənilərin ötən ilin iyulunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməsi, mülki əhaliyə qarşı cinayətkar təxribatların törədilməsi riyakar niyyət və məqsədi bütün dünyaya nümayiş etdirdi. Buna baxmayaraq, Azərbaycan dövləti səbr və dözüm nümayiş etdirdi və beynəlxalq hüquq və prinsiplərlə, danışıqlarda haqlı mübarizəmizi apardı, ancaq güclü nizami ordumuzun qurulması ilə ən müasir silah və döyüş texnikaları ilə təmin olunmuş silahlı qüvvələrimiz bütün riyakarlıq və cinayətlərin cavabını verərək qələbə qazandı. Əbəs deyil ki, artıq dünyanın bir sıra aparıcı dövlətləri Azərbaycanın Qarabağda apardığı hərbi strategiyası, müharibə metodları barədə öyrənir, əldə edilən qələbənin mühüm meyarlarını hərbi ədəbiyyatlarına daxil edirlər.  
 
Digər tərəfdən, cənab Prezident İlham Əliyev “Azərbaycanın ərazi bütövlüyü heç zaman danışıqlar mövzusu olmayıb və olmayacaq” deyərək, bütün beynəlxalq təzyiqlərin qarşısında məğrur, qətiyyət və dözmlə dayanaraq, səbr və iradə nümayiş etdirərək, xalqının ona olan inam və dəstəyinə arxalanaraq tarixi adını, qalib sərkərdə adını xalqımızın qəlbinə və tarixinə əbədi həkk etdirdi.

2021-ci il növbəti uğurlu və strateji nailiyyətlərlə yadda qalan illərdən olacağına hər birimiz əminik
 
Artıq 2020-ci il Azərbaycan tarixinə “Qələbə ili” kimi daxil oldu. Cənab Ali Baş Komandanın müdrik və qətiyyətli siyasəti, məğrur və iradəli Azərbaycan Ordusunun əzmi, qanını canını qurban verərək əbədiyyətə qovuşan şəhidlərimiz ruhu və qazilərimizin sağlamlığı bahasına tariximizə bəxş edilən şanlı qələbə bütün dünya azərbaycanlılarını dəmir yumruq ətrafında sıx birləşdirdi və həmrəyliyimiz daha da gücləndi. “Qarabağ Azərbaycandır!” vurğulayan cənab Prezident İlham Əliyev onu xəyallarımızdan tariximizin gerçəkliyinə çevirdi.
 
Prezident İlham Əlyevin işğaldan azad edilmiş ərazilərə səfəri zamanı erməni vəhşilik və vandalizmini şəxsən özünün təqdimatı ilə dünyaya çatdırması, qələbənin haqlı mübarizəmizin nəticəsində əldə olunduğunu bir daha sübut etdi. Tarixi, əbədi və əzəli torpaqlarımızda ermənilərin illərlə etdiyi vəhşiliklər, tarixi və mədəni abidələrimizin dağıdılması hər birimizi çox narahat edir, ancaq “Böyük Qayıdış” planının bütün yaralarımızı sağaldacağına inanırıq və əminik. Bərpa işlərinin başlanması bir daha sübut edir ki, Qarabağ öz tarixi gözəlliyinə qovuşacaq və bütün dünya uğurlu layihələrin icrasına şahidlik edəcək.

2021-ci ilin növbəti uğurlu və strateji naliyyətlərlə yadda qalan illərdən olacağına hər birimiz əminik. Yeni infrastruktur və yol layihələrinin icrası nəzərdə tutulan uğurlu işlərin tez bir zamanda həyata keçiriləcəyinə zəmin yaradır. İşğaldan azad olunmuş ərazilərimizdə keçiriləcək çox mühüm və tarixi abidələrimizin yenidən bərpa olunması, irsimizin, mədəniyyətimizin ən gözəl dövrə qədəm qoyması müjdəsini verir. Şəhərlərimizin tarixi adlarına qovuşması, tarixi, mədəni, dini irsimizin öz tarixi və haqlı sahibinə qovuşması bizi çox sevindirir. Qanı və canı ilə tariximizə şanlı qələbəni nəsib edən şəhidlərimiz və qazilərimizin ailələri daim diqqət və qayğı ilə təmin olunacaq. Şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə sağlamlıq diləyirik. Torpaqlarımızın işğaldan azad olunması, tarixi qələbəmizin xəyallardan gerçəyə çevrilməsində onların misilsiz xidmətləri heç zaman unudulmayacaq.
 
Cənab Ali Baş Komandan İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyeva ilə birgə işğaldan azad olunmuş ərazilərə səfəri zamanı əsgərlərimizin coşqusu, cənab Prezidentin dünya ictimaiyyətinə tarixi və strateji mesajları 44 günlük mübarizədə nümayiş etdiyi əzm, iradə və qətiyyətin davamı idi. Dünya ictimaiyyəti Azərbaycan Ordusu və xalqının coşqusunda sonsuz məhəbbətin, hədsiz inam və həyəcanının şahidi oldular. Səmimi foto və dialoqlarla yadda qalan səfər təəssüratlarını xalqımız heç zaman unutmayacaq.
 
 Azərbaycanımızın məğrur, vətənpərvər, cəsur oğullarını nəsillərimiz tanıdı
 
44 günlük haqq savaşı adlarını tariximizə əbədi həkk etdirən qəhrəman şəhid və qaziləri tanıtdı. Azərbaycanımızın məğrur, vətənpərvər, cəsur oğullarını nəsillərimiz tanıdı və daim gələcək irsimizə tanıdacaq. Vətən uğrunda qanını, canını fəda edən şəhidlərimiz, sağlamlığını qurban verən qazilərimizin Vətən borcu ödəndi. Hər qarış torpaqlarımızın azad olunmasına görə onlara borcluyuq və heç zaman unutmamalıyıq.
 
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və tapşırığı ilə həyata keçirilən sosial dəstək və dayaq məqsədli yardım aksiyaları, şəhid və qazi ailələrinə xüsusi həssaslıq və qayğı ilə yanaşma xalqımız tərəfindən daim rəğbət və sevgi ilə qarşılanır. Bizlər isə inanırıq və əminik ki, xilaskarlıq missiyası xalqımızın həmrəylik və milli birlik ruhunda hər zaman uğurla davam edəcək və ölkəmiz daim qüdrətlənəcək, çünki bu missiyanın təməl prinsipi qələbə və zəfər gerçəkliyidir. Yaşasın Azərbaycan, yaşasın bizə bu qələbəni yaşadan Ali Baş Komandanımız! Qarabağ Azərbaycandır!

Azərbaycan Respublikası Prezidentinin köməkçisi,
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev

[ad_2]

Source link

Your email address will not be published.