Yeni Zelandiya koronavirus testi müsbət olan şəxsləri ölkəyə buraxmayacaq

0 44

[ad_1]

Yeni Zelandiyada yanvarın 15-dən etibarən koronavirusla mübarizə çərçivəsində yeni məhdudiyyətlər tətbiq edilir.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə ölkənin COVID-19-la mübarizə naziri Kris Hipkins açıqlama verib.

Son həftələrdə xaricdən gələnlərdə COVID-19-un aşkarlanması ilə əlaqədar alınan yeni tədbirlərə görə, ölkəyə dönəcək olanlardan mənfi nəticəli koronavirus testi istəniləcək.

Ölkəyə səyahət edənlər təyyarəyə minməzdən 72 saat əvvəl verdikləri testin nəticəsini təqdim etməlidirlər.

Hipkins bildirib ki,  bu qayda əvvəlcə ABŞ və Böyük Britaniyadan gələnlərə, daha sonra digər ölkələrdən gələnlərə tətbiq olunacaq.

Qeyd edək ki, Yeni Zelandiyada indiyə qədər 2 222 nəfərdə koronavirus müəyyən edilib, onlardan 25 nəfər ölüb.

[ad_2]

Source link

Your email address will not be published.