Onu bu rəsmləri böyük marağa səbəb oldu-MÜSAHİBƏ+FOTO

0 47

Azər News Müstəqil İnformasiya Portalının qonağı, son zamanlar sosial şəbəkələrdə əl işləri ilə sevilən Rəqsanə xanım ilə aramızda çox maraqlı bir müsahibə alındı.

Həmin müsahibəni sizlərə olduğu kimi çatdırırıq:

Bu gün sosial şəbəkələrdə sizi elektron portretlərin müəllifi kimi tanıyırlar. Bu bir həvəsdir yoxsa gəlir əldə etmək üçün peşə?
-Əslində mənim rəsm çəkməyə marağım kiçik yaşlarımdan olub. Amma    hobbi olaraq, heç vaxt məqsədim rəssam olmaq olmayıb, indidə deyil. Mən həmişə ixtisasım üzrə özümü inkişaf etdirmək istəmişəm. Lakin ilk əl işim insanlarda maraq oyatdı və mənə sifarişlər gəlməyə başladı. Bundan sonra özümdə bu işə maraqla yanaşmağa başladım.

İlk əl işiniz nə olub ki, insanlarda bu qədər maraq oyadıb? 
– İlk olaraq bir Blogger xanımın rəsmini çəkmişdim, o bu rəsmi bəyənib paylaşmışdı. Məhz o paylaşımdan sonra mənə müraciətlər olunmağa başladı.

Mehin Oktaylı

Bu şəkillər necə adlanır? Elektron portret yoxsa?
 – Digital rəsm, Animasiyon, Avatar kimi adlar verə bilərik.

Siz bu şəkilləri hansısa proqramla hazırlayırsınız yoxsa özünüz çəkirsini?
 – Əslində şəkillərin çəkilməsi üçün proqramlardan istifadə olunur. Lakin burada ən əsas şərtlərdən biri rəssamlıq qabiliyyətinin olmasıdır. Çünki şəkillər proqramda əl ilə çəkilir.

Məsələn hansı proqramlardan istifadə edirsiniz?
 – Əvvəllər Autodesk SketchBook proqramından istifadə edirdim. Artıq daha professional şəkillər üçün Procreate programından istifadə edirəm məlumat üçün deyim ki, program yalnız apple markasına gedir və ödənişlidir. (gülümsəyir)

Hər kəs bu dediyiniz proqramı satın alıb orada siz çəkdiyiniz kimi rəsmlər çəkə bilər?
 – Bir az öncəki sualda bu haqda qısa olaraq məlumat verdim. Bir daha qeyd edim ki, burada əsas məsələ rəssamlıq qabiliyyəti və fantaziyadır. Yəni proqramı satın almaqla istədiyiniz rəsmə sahib olmaq mümkün deyil. Bunun üçün rəssamlıq qabiliyyəti və fantaziya ilə yanaşı həmin proqramdan düzgün istifadə qaydalarınıda bilmək vacibdir.

Bir rəsmi çəkmək üçün təxminən qədər zaman sərf edirsiniz?
 – Əslində şəkildən asılıdır 1 saat da ola bilər, 3 saat da…

Bəs qiymətlər neçəyədir? Birdə sirr deyilsə bilmək olar ən bahalı rəsminiz neçə manat olub?
 – Ən bahalı rəsm 95 manat. Almaniyada yaşayan bir xanım üçün çəkmişəm. O, sənəti zəhməti dəyərləndirən insan idi və dediyinə görə xaricdə bu tip rəsmlərin qiyməti baha olur, dogurdanda elədi! Ancaq normalda qiymətlər 15 manatdan başlayır və şəkilə görə bu qiymət dəyişir.

Portfolionuzda məhşurların rəsmləri var. Onlarda da sizə rəsm sifariş edirlər?
 – Bəli edən olub, amma mən çox zaman onlara hədiyyə etmişəm.

Heç olub ki, sifariş veriblər, hazır olduqdan sonra imtina ediblər və ya zəhmət haqqını ödəməyiblər?
 – Əvvəl çox olurdu. Məsələn sifariş verirdilər, sifarişi götürdükdən sonra isə məni blok edirdilər. Yada rəsmi bəyənmədiklərini deyib pul ödəməkdən yayınırdılar. Hətta məhşurlardan da belə edənlər olub. Ancaq mən elə insan deyiləm ki, onları rəzil edim. (gülür)

Müsahibənin əvvəlində istisasınız üzrə özünüzü inkişaf etdirmək isdəyinizini dediniz? Söhbət hansı ixtisasdan gedir?
 – Mən riyaziyyatçıyam və hal hazırda orta məktəbdə müəllimə işləyirəm. İstərdimki gələcəkdə öz ixtisasımı daha da təkmilləşdirim. 

Sizə işlərinizdə müvəffəqiyyətlər arzu edirik Rəqsanə müəllimə. Dəvətimizi qəbul edərək redaksiyamızın qonağı olduğunuz üçün sizə təşəkkür edirik.
 – Çox sağ olun, məndə sizə təşəkkür edir və işlərinizdə uğurlar arzulayıram!

Your email address will not be published.