Vətən müharibəsində itkin düşmüş zabitimizin şəhid olduğu müəyyənləşib – FOTO

0 34

Vətən müharibəsində itkin düşmüş 28 yaşlı baş leytenant Abdullazadə Həsənağa Şakir oğlunun şəhid olduğu məlum olub.

“Azbelediyye.az” xəbər verir ki, Həsənağa Abdullazadə 3 ay idi ki itkin hesab edilirdi.

Onun bu gün şəhid olduğu müəyyənləşib. Şəhid II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Həsənağa Abdullazadə 1993-ci ildə Lənkəran şəhərində doğulub. Ailəli idi.

Ailəsi onunla sonuncu dəfə oktyabrın 1-də danışıb.

O, Vətən müharibəsində itkin düşən 64 hərbçidən biri idi.

Allah rəhmət eləsin!

Your email address will not be published.