Mingəçevirdə Ümumxalq Hüzn Günü qeyd edilib-FOTO

0 212

Ümumxalq Hüzn Günü-20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Mingəçevir şəhərində də anım mərasimi keçirilib.

Anım mərasimində  Milli Məclisin deputatları – Əli Hüseynli, Aydın Mirzəzadə, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov,  hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, habelə ictimaiyyət nümayəndələri də iştirak ediblər.

İkinci Qarabağ savaşının-Vətən Müharibəsinin iştirakçıları,hərbiçilər və qazilər də anım mərasiminə gələnlər sırasında olublar.

Ümumxalq hüzn gününə qatılan iştirkçılar əvvəlcə tariximizin qan yaddaşımıza əbədi həkk olunan 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidəni ziyarət ediblər, Vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən oğul və qızlarımızın əziz xatirəsinə olan böyük ehtiramlarını göstəriblər. Abidə  önünə əklil və gül dəstələri qoyublar.

Sonra bütün Şəhidlərin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edilib.

Eyni zamanda Şəhidlər xiyabanına gələnlər minlərlə şəhər sakini Birinci və İkinci Qarabağ müharibələri zamanı şəhidlik zirvəsinə ucalan həmyerlilərimizin məzarlarını da ziyarət ediblər.

Kanal32.az

Your email address will not be published.