Polis mayoru:“Ruslar məni 5 gün xlorlu suda saxladılar”-VİDEO

0 120
“20 Yanvar”a görə rus generalın göstərişi ilə xlorlu suda saxlanılan və dözülməz işgəncələrə məruz qalan 19 yaşlı azərbaycanlı əsgər və digər azərbaycanlı əsgərlər haqqında bilmədiklərimiz….

Kanal32.az-ın məlumatına görə,1970-ci ildə Tətər rayonunun Hacıqərvənd kəndində anadan olmuş İlqar Mərdan oğlu Əliyev 1990-cı ilin yanvar ayında Bakıda bəşəri cinayət tördən Sovet Ordusuna qarşı üsyan edib. Bayakalətrafı hərbi dairənin Ulan-ude şəhərində xidmət etdiyi hərbi hissədəki azərbaycanlıları ətrafına toplayaraq SSRİ-nin hərbi rəhbərliyinə itaətszlik göstərib.Sonra birbaşa o zamankı müdafiə naziri Dimtri Yazovun və SSRİ DTK-nın göstərişi ilə ağır işgəncələrə məruz qalıb.Ancaq onu yolundan döndərə bilməyiblər. Azərbaycanlıların ələ verilməsində 1987-90-cı illərdə sözügedən hərbi dairəyə daxil olan hərbi hissədə müstəntiq işləyən Seyrah Ohanyanın xüsusi “xidmətləri” olub. Bu o Ohanyandır ki,1999-2007-ci illərdə qondarma “DQR”in “müdafiə naziri”, 2007-2008-ci illərdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi,2008-2016-cı illərdə isə Ermənistanın müdafiə naziri olub.Onun əli Qarabağda,Xocalıda minlərlə azərbaycanlının qanına batıb…

Sovet ordusunda hər rəhbərliyi tərəfindən ağır işgəncələrə,fiziki və mənəvi təzyiqlərə məruz qalan İlqar Əliyev və onun ətrafında olan azərbaycanlılar sözün əsl mənasında xidmət eütdikləri hərbi hissədə ruslara və ermənilərə divan tutublar…

Kanal32.az həmin ərəfədə baş verən ilginc olayların canlı şahidlərini danışdırıb.Daha ətraflı videoda…

Məlumat üçün bildirək ki, 1991-94-cü illərdə 1-ci Qarabağ döyüşlərində iştirak edən İlqar Əliyev uzun illər Daxili İşlər orqanlarında çalışıb və hazırda Polis mayoru kimi təqaüddədir.

Kanal32.az

Your email address will not be published.