Prezident İlham Əliyevin son müsahibəsi nələrə işıq saldı?

0 98

Ölkəmizdə Səhiyyə sisteminin inkişafı dövlətin strateji vəzifəsindən birinə çevrilib. Bir zamanlar mövcud olan xəstəxanalar artıq günün tələbləriə cavab verə bilmir, insanların sağlamlığını təmin etmək sahəsində problemlər yaranırdı. Prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra həyatın bütün sahələri ilə yanaşı, səhiyyə sahəsinə də xüsusi diqqət göstərməyə başlayıb.  Azərbaycanın paytaxtı Bakıda və bütün regionlarda müasir görünüşlü və müasir avadanlıqlarla təmin edilmiş xəstəxanalar tikilib istifadəyə verilibdir ki, bu səhiyyə ocaqlarında da vətəndaşların sağlamlığı yüksək səviyyədə  təmin edilir.

2021-ci il fevralın 1-də  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılış mərasimində iştirak edib. Mərasimdə  çıxış edən dövlətimizin başçısı  qeyd edib ki,  Azərbaycan vətəndaşının sağlamlığı dövlətin diqqət mərkəzindədir.     Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binasının inşa olunması faktı ölkəmizdə insanların sağlamlığına ayrılan xüsusi diqqətinin növbəti sübutudur. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə tikilən 150 çarpayılıq tibb müəssisəsi ən zəruri avadanlıqla təchiz olunub. Burada dünyanın aparıcı şirkətlərinin avadanlığı quraşdırılıb. Xəstəxanada cərrahiyyə, terapiya, pediatriya, reanimasiya, dializ və digər şöbələr, həmçinin laboratoriyalar fəaliyyət göstərəcək. Prezidentimizin mərasimdəki çıxışı bizim üçün həm də  proqramdır.

Bu xəstəxana  yeni və müasirliyi i ilə seçilir. Keyfiyyətli xidmətlərin göstərilməsi səhiyyənin qarşısında duran önəmli vəzifədir. Yeni tikilmiş xəstəxana dövlətin səhiyyə sahəsindəki fəaliyyətini əks etdirir. Son illərdə bir çox xəstəxanalar tikilib və onların da müəyyən standartları var, həm memarlıq baxımından, həm də avadanlıqlarla təchizat baxımından. Bu xəstəxanada vətəndaşlara keyfiyyətli tibbi xidmət göstəriləcək. Çünki bütün müasir avadanlıqlar burada quraşdırılıb. Xəstəxananın inşası onu göstərir ki, bu sahədəki fəaliyyət ardıcıl şəkildə davam etdirilir.

Ölkənin səhiyyə infrastrukturu dayanmadan inkişafı tibb işçiləri ilə yanaşı vətəndaşların da ürəyindən xəbər verir. Bir zamanlar insanlar ağır xəstəliklərin müayinə və müalicəsi üçün xarici ölkələrə üz tuturdular. Bu həm artıq xərc , həm də əziyyət idi. Ölkəmizdə yeni xəstəxanaların inşası, müasir avadanlıqların  tətbiqi, həmçinin həkimlərimizin dünya təcrübəsini mənimsəməsi, keçdikləri kurslar  insanların sağlamlığının daha etibarlı olmasınından xəbər sverir.

Ölkəmizin bütün bölgələrində xəstəxanalar fəaliyyət göstərir. Son 17 il ərzində 750-dən çox xəstəxana ya yenidən tikilib, ya da ki, əsaslı şəkildə təmir edilib. Səhiyyə sisteminin xəstəxana və tibb müəssisələri fondu ən yüksək standartlara cavab verir;

Sevindiricidir ki, dövlətin sosial yönümlü təşəbbüsləri səhiyyə sahəsini də əhatə edir. Azərbaycan tədricən icbari tibbi sığorta sisteminə keçir. Pilot layihələrin ilkin icrası müsbət nəticələr göstərir. Pilot layihələrlə əhatə olunmuş üç şəhərdə həm tibbi xidmətin keyfiyyəti artdı, eyni zamanda, vətəndaşların məmnunluğu yüksək səviyyədədir. İnsanların sağlamlığını əsas tutaraq dövlət 5 milyon vətəndaşı tibbi müayinədən keçirtdi. Böyük təşkilatçılıq və maliyyə resursları tələb edən dövlətin bu addımı insana göstərilən qayğının təcəssümüdür.

Pandemiya ilə mübarizə işinin təşkilində bütün imkanlar səfərbər olunmalıdır

 Peşəkar təşkilatlanma və görülmüş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda pandemiyanın daha böyük fəsadlarının qarşısı alındı. Pandemiya ilə mübarizədə Azərbaycan ilk günlərdən qabaqlayıcı tədbirlər görür. Azərbaycan vəziyyəti bütün dövrlərdə, yəni, bir il ərzində nəzarətdə saxlamağa bacardı. Burada əlbəttə ki, yeni laboratoriyaların ölkəyə gətirilməsi xüsusi rol oynamışdır. Çünki pandemiyaya qədər bizdə cəmi 8 laboratoriya var idi və gündə cəmi min test keçirilə bilərdi. Hazırda laboratoriyaların sayı 42-dir və 20 min test keçirilə bilər. Bütövlükdə 2 milyon 400 min test keçirilib. Eyni zamanda, pandemiya dövründə ilk günlərdən modul tipli xəstəxanaların ölkəyə gətirilməsi prosesi başlandı. Modul tipli xəstəxanaların sayı 13-ə qədər çatdırıldı. Qeyd etmək olar ki, vətəndaşlar da pandemiya ilə mübarizədə maariflənmədən ciddi nəticə çıxardılar. Karantin rejiminin tərbiq eilməsi və  digər qadağalara ciddi əməl olundu.

Görülmüş işlər sayəsində pandemiya ilə mübarizədə “Azərbaycan modeli” ifadəsi beynəlxalq münasibətlərinin siyasi gündəminə daxil oldu. Beynəlxalq təşkilatlar Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirirlər. İlk günlərdən etibarən Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə təmaslar quraraq bu sahədə maksimum səmərəli iş aparmaq üçün çalışıb. Ümumdünya Səhiyyə Təşkilatı “Azərbaycan modeli” haqqında danışır, görülən işlərə yüksək qiymət verir, bir neçə dəfə Azərbaycanı nümunəvi ölkə kimi təqdim etmişdir. Dünyanın aparıcı rəy sorğusu şirkəti olan “Gallup” da Azərbaycan vətəndaşları arasında təhlil-rəy sorğusu aparıb. Vətəndaşların 86 faizi dövlətin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir və bu göstəriciyə görə Azərbaycan dünyada 4-cü yerdədir;

Azərbaycan pandemiya dövründə də öz “məsuliyyətli ölkə” statusunun qorunmasına müvəffəq oldu. Azərbaycan bütün lazımi tədbirləri reallaşdırdı. Bir çox ölkələrin maddi vəziyyəti, xüsusilə indiki dövrdə çox aşağıdır. Bir çox ölkələr vətəndaşların gündəlik tələbatlarını ödəyə bilmirlər.  Bizdə isə vətəndaşlara, sahibkarlara göstərilən maliyyə yardımları işsizliklə bağlı yaranan çətinliyin qarşısını aldı.  Bu dövr ərzində Azərbaycan 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərib, eyni zamanda, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verib. Ölkəmizin beynəlxalq təşəbbüsləri pandemiya dövründə də davam edir. Beynəlxalq müstəvidə Zirvə görüşlərinin keçirilməsinin də təşəbbüskarı olan Azərbaycan, həm Türk Şurasının, həm Qoşulmama Hərəkatının iki Zirvə görüşünü COVID-19-a həsr etmişdir.

Əhalinin vaksinasiyası ədalətli şəkildə təşkil olunmalıdır

  Vaksinasiyada mütləq olaraq ədalət prinsipi qorunmalıdı, bu çox önəmlidir.  Vaksinasiya Avropada, hətta müttəfiqlər arasında münasibətlərdə ziddiyyətlərə səbəb oldu. Böyük Britaniya bu vaxta qədər Avropa İttifaqının üzvü idi və Avropa İttifaqı ölkələrini Böyük Britaniya ilə çoxəsrlik tellər bağlayır. Eyni zamanda, bu ölkələr NATO-nun üzvləridir və onların arasında belə qalmaqal, əlbəttə ki, bir çox suallar doğurur. Avropa İttifaqı nümayəndələri Böyük Britaniyanı ittiham edirlər ki, onların istehsal etdikləri vaksinin qeyri-ədalətli bölünməsi ilə bağlı çox ciddi proseslər gedir. Bundan sonra vaksinlər uğrunda mübarizə daha da kəskinləşəcək və bu, çox faciəvi fəsadlara gətirib çıxara bilər. Odur ki, bütün məsələlərdə oldu kimi, vaksinasiyada da ədalət prinsipinə riayət olunmalıdır.

Azərbaycan Cənubi Qafqazda vaksinasiya işlərinə start verən ilk ölkədir. Vətəndaşların sağlamlığının qorunması üçün bütün zəruri addımlar atılıb. Azərbaycan pandemiyanın ilk günlərindən işlərini düzgün qurmuş, bütün lazımi addımlar atılmış, beynəlxalq təşkilatlarla təmaslar qurulmuşdur. Ölkəmiz COVAKS təşəbbüsünün üzvüdür və COVAKS xətti ilə vaksinlər ölkəmizə gətiriləcəkdir. Azərbaycan artıq 4 milyon doz vaksin sifariş edib və onların ölkəmizə gətirilməsi təmin edilib. Yanvarın 18-dən başlayaraq Azərbaycanda vaksinasiya başlamışdır. Müqayisə üçün qeyd olunmalıdır ki, Avropa İttifaqında bu, keçən il dekabrın 18-də başlamışdır. Yəni, bir aydan sonra artıq Azərbaycan vətəndaşları bu vaksinləri alırlar, peyvənd olunurlar.

Dünya ölkələrinə nəzər salaq. Kanada 154 milyon əhali üçün vaksinlər sifariş edib. Kanadanın əhalisi 38 milyondur. Yəni, bu ölkə, bu ölkənin hökuməti,  Vətən müharibəsi zamanı sırf ermənipərəst mövqe sərgiləyirdi, işğalçıları dəstəkləyirdi, Azərbaycanın haqq işinə kölgə salmaq istəyirdi və hətta “Bayraktar” pilotsuz uçuş aparatlarının kameralarının Türkiyəyə ixrac edilməsi ilə bağlı əsassız embarqo qoymuşdu. Həmin bu ermənipərəst ölkə 154 milyon vaksin sifariş edir, onun pulunu verir, öz ölkə əhalisinin sayı 38 milyondur. Yəni, əhalisinin sayından dörd dəfə çox. Bu ölkənin müəmmalı  istəkləri təbii ki, müsbət qarşılanmır.

120 milyon insana vaksin çatmayacaq. Onlar xəstələnəcəklər, öləcəklər. Bunlar ancaq eqoist hisslərə qapılaraq öz maraqlarını təmin etmək istəyirlər. Belə olan halda hansı demokratiyadan söhbət gedə bilər? Hansı ədalətdən, mərhəmətdən, insan haqlarından söhbət gedə bilər? Deməli, kasıb ölkələrin insanlarının haqları tapdalanır, onların səhhəti, sağlamlığı risk altına düşür. Amma zəngin ölkələr, real ehtiyaclarının 4-5 mislini təmin edirlər. Bu müstəmləkəçiliyin yeni təzahürüdür. Bunun çox dərin kökləri var və bu, təsadüfi deyil. Çünki bu dərin köklər bizi müstəmləkəçilik dövrünə aparır. Amma elə bil ki, biz neomüstəmləkəçilik dövrünü qeyri-rəsmi müşahidə edirik, yaxud da ki, elan edilməmiş müstəmləkəçilik, bunun başqa adı yoxdur. Belə olan halda bu ölkələrin mənəvi haqqı varmı kiməsə nəsə desin, kimisə nədəsə ittiham etsin?

Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi buna səssiz qalmayacaq. Azərbaycan bu imkandan istifadə edərək Qoşulmama Hərəkatının üzvlərinə də çağırış edir ki, onlar da səsimizə qoşulsunlar və bu məsələni beynəlxalq kürsülərdə, BMT kürsüsündə qaldırmalıyıq. Ümumdünya Səhiyyə Təşkilatına müraciət etməliyik, şirkətlərə müraciət etməliyik, zəngin ölkələrə müraciət etməliyik ki, bu ölkələr neqativ praktikadan əl çəksinlər. Bu, ədalətsizlikdir. Buna göz yummaq olmaz. Bunun üstünü örtmək olmaz. Bu barədə Azərbaycan BMT-dən sonra ikinci böyük beynəlxalq təsisat, Qoşulmama Hərəkatının lideri kimi, öz sözünü deyəcək.

Vətən müharibəsi zamanı dünya ictimaiyyəti erməni vandalizminə şahidlik etdi

Bütün dünyaya bəllidir ki, Ermənistan bizim torpaqlarımızı zəbt edərək, işğal edərək bütün infrastrukturu dağıdıb. Rayonlar dağıdılmış, viran qoyulmuşdur. Bu, bir daha onu göstərir ki, biz hansı bəlaya qarşı, necə dəhşətli bir düşmənlə mübarizə aparmışıq. Bu gün bizim haqlı davamıza kölgə salmaq istəyən ermənipərəst, anti-Azərbaycan, islamofob dairələr bunu bilməlidirlər ki, mənfur Ermənistan bizim torpaqlarımızı zəbt edərək, işğal edərək bütün infrastrukturu dağıdıb. Ağdam şəhəri tamamilə dağıdılıb. Bir dənə də salamat bina yoxdur. Bir yarıdağılmış məscid qalıb, onu da ermənilər təhqir ediblər. Füzuli şəhərində bir dənə də bina yoxdur, bircə hərbi hissənin üç-dörd mərtəbəli binasıdır. Cəbrayıl şəhərinin girəcəyində bir hərbi hissə var, şəhər yoxdur. Qubadlı və Zəngilanda sadəcə olaraq bir neçə ev qalıbdır, özü də yarıdağılmış vəziyyətdə. Deməli onların məqsədi dağıtmaq, məhv etmək siyasətidir.  Hansısa bir dövlətin maraqlarına xidmət edən ermənistan öz separatçı duyğularından əl çəkməlidir.

Beynəlxalq təşkilatların o bölgələrdə olan nümayəndələri də bunun üstünü örtürdülər.  Çünki, onlar Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını istəmirdilər. İllər uzunu Minsk qrupu torpaqalarımızın azad edilməsi ilə bağlı tələbimizə biganə yanaşmış, nəticədə cəsur, vətənpərvər övladlarımız ərazilərimizi hərb yolu ilə  azad edərək dövlətimizi qalib etmişlər. Bu dünyada görünməyən bir müharibə və qələbə idi. Ermənilərin törətdikləri talançılıq, bu vəhşilik, bu düşmənçilik bütün dünyanın diqqətini cəlb etməlidir. Məhz buna görə biz oraya jurnalistləri, diplomatik korpusun nümayəndələrini dəvət edirik. Daha da böyük sayda dəvət etməliyik ki, hər kəs görsün. Biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizmini məhv etmişik, erməni vəhşiliyini məhv etmişik. Biz bölgəmizi faşist ideologiyasından tam xilas etməsək də, onun böyük hissəsini məhv etmişik. Buna görə bizim şanlı Qələbəmiz bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır;

Onlar hesab edirdilər ki, bütün evlər yerlə-yeksan edilərsə, azərbaycanlılar o torpaqlara qayıtmayacaqlar. 30 il əvvəl  dəfələrlə azərbaycanlılara qarşı soyqırım, vəhşilik hərəkətləri törətməklə qaniçənliklərini göstərmiş, özlərini bizdən güclü kimi  təqdim etmək istəmişlər. Amma ikinci Qarabağ müharibəsi göstərdi ki, azərbaycanlılar mərd, mübariz və vətənpərvər, ermənilər isə qorxaqdırlar. Onlar qaçdılar, bizim torpaqlardan qaçdılar, həm də silah sursatları qoyaraq. Biim övladlar isə torpaq yolunda şəhid oldular, yaralandılar, amma geri  çəklilmədilər, düşməni qivaraq torpaqlarımızdan çıxardılar. Eşq olsun Azərbaycan qəhrəmanlarına. Azərbaycanın şanlı ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük qələbəni qazandı.  Ermənilər hesab etmirdilər ki, ehtiyatlarımızdan səmərəli Azərbaycan o faciədən sonra ayağa dura biləcək, möhkəmlənə biləcək, zəngin təbii şəkildə istifadə edib ölkəmizi inkişaf etdirə biləcək, bu torpaqları, əraziləri bərpa edə biləcək. Xocalı soyqırımı, günahsız insanların öldürülməsi, dinc əhaliyə qarşı qəddarlıq bu faşizmin təzahürüdür. Ürəklərində düşmənçilik toxumları həmişə var idi. İndi Azərbaycan onların belini qırıb, onların başını əzib, onların ordusunu məhv edib, onların ideologiyasını məhv edib, illər boyunca, onilliklər boyunca onların yetişdirdikləri ideoloji əsasları məhv edib;

Dəhşətdir. Maddi-mənəvi, tarixi dəyərlərimizi ermənilər məhv edib. Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstlərini gülləbaran etmək üçün gərək adamın ürəyində nə qədər nifrət olsun, nə qədər düşmənçilik olsun, özü də kimə? O xalqa ki, sənə burada yer verib. Sən burada yuva salmısan. Sənin üçün yad olan torpağa, Qarabağa köçürülmüsən, Anadoludan, İrandan köçürülmüsən, gəlmisən, sənə burada qucaq açıb Azərbaycan xalqı, çörək verib. Sən çox sağ ol əvəzinə, 1992-93-cü illərdə bütün binaları dağıdırsan, məscidləri dağıdırsan, təhqir edirsən. Paxıllıq hissi, hiyləgərlik onları ən iyrənc hərəkətlərə belə sövq edib. Özlərinin yalançı tarixlərini yaratmaq istəyirdilər, lakin  tarixi saxtalaşdılrmaq mümkün deyil.

Müasir dünya ikinci belə vəhşilik görməmişdir. Əliyalın insanları yandırıblar, öldürüblər, uşaqları yandırıblar. Bütün binaları, məscidlərimizi dağıdıblar. Erməni faşizmi ən qəddar, ən təhlükəli, ən mənfur, ən çirkin ideologiyadır və biz bu ideologiyanı məhv etdik. İllər keçdikcə bu tarixi xidmətlər dünya tərəfindən daha da dolğun şəkildə dərk ediləcək. O cümlədən erməni xalqı vaxt keçəcək, bizə minnətdar olacaq ki, onları bu bəladan xilas etmək istədik.

İşğaldan azad olunmuş ərazilərdə quruculuq işləri planlı şəkildə aparılacaqdır

 Subardinasiya mütləq qorunmalıdır. Birincisi, bu, özbaşınalıqdır. Açıqlama veriləndə mütləq rəhbərliklə gərək məsləhətləşmə aparılsın. Azad edilmiş torpaqların bərpası ilə bağlı bir çox önəmli qərarlar qəbul edilib, qərargah yaradılıb. Qərargaha Prezident Administrasiyasının rəhbəri rəhbərlik edir. Bütün təkliflər, bütün təşəbbüslər oraya göndərilməlidir. Çünki kim necə istəyir o torpaqları, əraziləri bərpa edə bilmərik. Biri filial açmaq istəyir, biri nə bilim başqa qurum açmaq istəyir. Bu, yolverilməzdir və qəbuledilməzdir. Ucuz populyarlıq qazanmaq üçün, yaxud da ki, özünə yeni ofis yaratmaq üçün belə açıqlamaların verilməsi tamamilə qəbuledilməzdir və buna son qoyulmalıdır;

Bütün işlər ardıcıllıqla görülməlidi. Dövlətimizin başçılsı bununla bağlı tez tez tapşırıqlar verir, tövsiyyələırini bildirir. Xalqımızın istək və arzularını realılıaşdırmaq niyyətində olan prezidentimiz çalışır ki, azad olunan ərazilərimizdə tezliklə həyat bərpa olunsun, insanlar firavan ömürlərini ata baba yurdlarında davam etdirsinlər. İnşallah, bütün işlər xeyirliklə  həyata keçiriləcək. Buna Azərbaycanın həm gücü çatlır, həm də xalqımızın inamı artıb.  Bu ardıcıllıq haqqında Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə deyib. İlk növbədə, keçmiş köçkünlər, nə vaxt qayıda bilərlər o torpaqlara. Minalardan təmizləmə böyük bir prosesdir. Ermənilər mina sahələrinin xəritələrini vermirlər. Ona görə indi partlayışlar da tez-tez olur. İndi Minatəmizləmə Agentliyini yenidən formalaşdırılır və onun fəaliyyəti daha səmərəli olacaq. Ancaq bu, müəyyən vaxt aparacaq. Mina təmizləməklə əlaqədar işlər əlbəttə ki, başa çatmalıdır. Ondan sonra ziyanın qiymətləndirilməsi. Əgər biz ziyanın qiymətləndirməsini etməsək, sabah təzminat davasında da uğur qazana bilmərik. Ona görə də, ilk növbədə, yerli qurumlar dağıdılmış bütün evlərin pasportlaşdırılmasını aparmalıdır. Video, foto çəkilişlər, dron çəkilişləri, protokollaşma aparmalıdır. Hər bir binanın, hər kənddə yerləşən binanın, hər şəhərdə yerləşən binanın öz pasportu olmalıdır. Bu məlumatlar veriləcək cəlb edilmiş beynəlxalq şirkətlərə, onlar özləri tədqiqat aparacaqlar, özləri monitorinq missiyaları həyata keçirəcəklər və onlar Ermənistana qarşı açılacaq təzminat davasında kömək göstərəcəklər. Yəni, ardıcıllıq budur;

Böyük infrastruktur layihələri icra edilməlidir. İnfrastruktur olmasa, orada insan necə yaşayacaq? Su yox, işıq yox, yol yoxdursa necə yaşaya bilər? Ondan sonra evlər tikilməlidir. Artıq qurumlar işləyirlər, bütün şəhərlərin baş planları hazırlanır, özü də elə-belə yox – “ağıllı şəhər” konsepsiyası, “ağıllı kənd” konsepsiyası. Bu, zaman tələb edir. Eyni zamanda, hər şey planlı şəkildə olmalıdır. Hər kəs yerini bilməlidir. Biri oradan durub deyəcək ki, mən burada bunu tikəcəyəm, biri oradan duracaq ki, mən bunu. Kimsən sən? Sən get öz işinlə məşğul ol. Ucuz populyarlıq dalınca qaçanların axırı pis olur, bu, birincisi. İkincisi, qayda-qanun var ölkədə. Heç kim özbaşınalıq edə bilməz. Əgər kimsə unudursa, biz onun yadına salarıq;

– Təkcə bu işlərlə, əlbəttə ki, məsələ bitməyəcək. Sosial obyektlər də tikilməlidir. Evlərin tikintisi ilə paralel olaraq sosial obyektlər – xəstəxanalar, məktəblər, mədəniyyət ocaqları, idman qurğuları. Yoxsa əgər biz indi gedib haradasa, necə deyərlər, məktəb tiksək, ya xəstəxana tiksək kim oraya gedəcək;

– Şuşa şəhəri ölkəmizin mədəniyyət paytaxtı elan edilib.Bunu hər kəs bilir və bu qərar yüksək qiymətləndirilib. Şuşa nəinki Azərbaycanın, bölgənin, bəlkə də dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcəkdir. Şuşada çox zəngin mədəni həyat olmalıdır. Şuşada yaşayacaq soydaşlarımız da, bütün işlər görüləndən sonra oraya qayıtmalıdırlar. Şuşa demək olar ki, dağılıb, bütün binalar dağılıb. Bir keçmiş raykom binası qalıb, harada ki, mənfur xunta özü üçün yuva salmışdır, bir də xunta başçısının villası və bir-iki də cinayətkar, rüşvətxor erməni məmurunun villası. Orada başqa bina yoxdur. Prezidentimizin fikirlərinə nəzər salanda görürük ki, məqsəd yalnız torpaqalrımızda yeni layihələri reallaşdırmaq, tikinti quruculuq işlərini sürətləndirməkdir.

Şuşa planlı şəkildə yenidən qurulacaq. İndi Mərkəzi Bank insanlara xidmət göstərib ki, orada filial açsın? Kimin üçün filial açacaq? Özü üçün ki, gedib orada otursun, yaxud da, gedəndə bunun bir iqamətgahı olsun, şəraiti olsun, oraya pullar xərclənsin və bunun insanlara hansı xeyri dəyəcək? Heç bir. Təkcə bu, deyil;

Dövlətimizin başçısı deyir ki, digər qurumlar da, indi mənə müraciət etmişlər. Onların hər halda ağlı çatıb mənə müraciət etməyə və mən onlara dedim ki, gedin oturun yerinizdə. Qoy Azərbaycan vətəndaşları bilsinlər. Azəravtoyolun rəhbəri müraciət edib ki, icazə verin, Şuşada Azəravtoyol qurumunun regional mərkəzini açaq. Nə üçün? Yol çəkmək lazımdır, get, yol çək. Heç kim öz hesabına yol çəkmir, dövlət büdcə ayırır. Şuşada Azəravtoyolun regional mərkəzinin nə işi var? İstəyir ki, özü üçün şərait yaratsın, getsin o torpağı zəbt etsin, özü üçün iqamətgah tikdirsin, onu hasara alsın, bir qarovulçu qoysun. Və yaxud digər bir sitat: “AZAL rəhbəri mənə müraciət etmişdir ki, AZAL-ınhansısa qurumunu Şuşada yaratmaq istəyirlər. Bu, prinsipcə absurddur. Ona da lazımi sözləri demişəm ki, get otur yerində. Ondan sonra, Dövlət Gömrük Komitəsi Şuşada Qarabağ Regional Mərkəzinin yaradılması ilə bağlı müraciət edib. Şuşada sərhəd var ki, gömrüyün regional mərkəzi olsun?”

Ölkə rəhbərinin də artıq səbri tükənir. Bilirsiniz, bu adamların beyninə belə ziyanlı fikirlər gəlir və onlar da bunu tələffüz edirlər. Siyahı davam edir hələ. Fövqəladə Hallar Nazirliyimüraciət edib ki, icazə verin, orada biz Fövqəladə Hallar Nazirliyinin Qarabağ regional mərkəzini yaradaq, Şuşa şəhərində. Yenə də eyni məqsədlə, yenə də torpaq, hələ ki, orada indi heç kim yoxdur, yenə də hasar, yenə də nə bilim tikanlı məftil, iqamətgah;

Hər bir vətəndaşın vəzifəsi odur ki, dövlətimizə bacardığı qədər faydalı xidmət göstərsin. Prezidentimizin də tələbi budur. Dövlət Sərhəd Xidmətinin təklifinə Azərbaycan xalqı da güləcək. Xidmətin rəisi mənə zəng edib deyir ki, icazə verin biz sərhəd xidmətinin Şuşa zastavasını da yaradaq. Şuşada sərhəd var? Deyin Şuşada sərhəd var, yoxsa yox? Deyir yoxdur. Bəs nə zastava yaradırsan? İndi o boyda sərhədimiz yaranıb, ta şimaldan cənuba qədər, Kəlbəcərdən Cəbrayıla qədər, Ermənistanla sərhəd. Cəbrayıl rayonunda İranla sərhəd, get orada yarat da. Şuşada nə işin var sənin?! Yenə də gəlim, oturum, yerləşim, iqamətgah qurum, hamısı da dövlət hesabına. Burada mənim bir rezidensiyam olsun. Mən bəzən bu şeyləri demirəm vətəndaşlara ki, onları iyrəndirməyim, bağışlayın sözümə görə, ifadəmə görə. Məmurlar öz yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar;

Şuşa məmurlar paytaxtı yox, mədəniyyət paytaxtı elan edilib. Hər kəs otursun yerində, öz işi ilə məşğul olsun. Şuşanın ərazisinin ölçüsü 300 hektardır. İcazə olmadan bir dənə daş daş üstə qoyula bilməz. Çünki birinci təhlil aparılmalı, ondan sonra o tarixi binalar bərpa edilməlidir. Necə bərpa edilməlidir bunu mütəxəssislər deməlidir. Misal üçün, Xurşidbanu Natəvanın sarayı necə bərpa edilməlidir? Çünki onun bir divarı var, qalan divarlar uçub. O, hansı formada bərpa edilməlidir? Onu yenidənmi eyni stildə qalan o uçan hissəsi tikilməlidir, yaxud da, elə formada tikilməlidir ki, oraya gələn görsün ki, bax bu, buradan dağılıb, oradan sökülüb.

Şuşada ancaq və ancaq tarixi binalar bərpa edilməlidir. Amma necə olacaq, onu mütəxəssislər, memarlar, tarixçilər, şuşalılar özləri deyəcəklər ki, bu şəhəri necə görmək istəyirlər, çünki bu, onların şəhəridir. Yoxsa, bütün bunlar, bu işlər kənarda qala-qala biri durur ki, mən filial açıram, biri deyir ki, mən zastava açıram, biri deyir ki, mən fövqəladə hallar açıram. Vallah, adam söz tapmır. Mən söz tapmışam, onlara elə söz demişəm ki, onlar o sözü unutmayacaqlar. Azərbaycan vətəndaşlarına da deyirəm, bərpa ilə bağlı görüləcək işlərdə mütləq ictimai nəzarət olmalıdır. Olmasa bilin ki, yenə də eybəcər binalar tikiləcək, torpaqlar zəbt ediləcək, hərə özü üçün bir obyekt tikəcək;

Müvəqqəti idarəetmə strukturu yaradılıb. Bəli, o torpaqlarda həyat bərpa edilənə qədər  görüləcək işləır çoxdur. Prezidentimiz deyir ki,  “Artıq gözlər tikilib oraya. İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu. O torpaq mənim, o torpaq sənin, oranı mənə, buranı sənə. Amma bunlar hamısı cəzalandırılmalıdır, hamısını, özü də necə lazımdır. Otursun hərə öz yerində öz işi ilə məşğul olsun. Bütün torpaqlar planlı şəkildə bərpa ediləcək. Orada insanlar üçün şərait yaradılacaq, elə şərait ki, dünya üçün nümunə olacaq. Heç bir qanunsuz hərəkət ola bilməz. Heç bir torpaq zəbt oluna bilməz. Hər şey planlı və əsaslı şəkildə olmalıdır. Buna nail olacağıq. İstəyirik ki, dağıdılmış şəhərlər tezliklə bərpa edilsin, amma, eyni zamanda, elə olsun ki, bu, oraya qayıdacaq insanların rahatlığını təmin etsin və müasir, güclü Azərbaycanın gücünü bütün dünyaya göstərsin”. Biz də istəyirik  ki, uzun illər işğal altında qalan torpaqlarımızda yenidən həyat canlansın. 30 ilə yaxın məcburi köçkün həyatı yaşayan insanların öz yurd yuvalarına qayıdışı xalqımız, vətənimiz üçün növbəti qələbə olacaq.  Qalib Azərbaycanın vətənpərvər xalqı, uğurlar bizimlə olsun. Allah xalqımızı, prezidentimizi qorusun. İşlərimiz avand olsun.

 

Nurcamal Əsgərova,

 YAP Mingəçevir şəhər təşkilatının Qadınlar Şurasının sədri

Your email address will not be published.