Sadıkovun himayə etdiyi ASC sahibkarın 184 min manat pulunu vermir-VİDEO

0 353

“AZENCO”ASC mingəçevirli sahibkara borclu olduğu 184 min manat pulu vermir.

Kanal32.az xəbər verir ki,Mingəçevir şəhər sakini,sahibkar,fiziki şəxs Məmmədov Teymur Hidayət oğlu “AZENCO”ASC-dən şikayətçidir.Belə ki,sözügedən şirkət sahibkarla bağladığı müqavilənin şərtlərini yerinə yetirmir və sahibkara gördüyü işin müqabilində ödəməli olduğu 184 min manat pulu 3 ildir ki,”fırladır”.Bir sözlə, hökumətə meydan oxuyan “AZENCO” mədəni şəkildə “reketlik” edir.

Əldə etdiyimiz məlumata görə, Prezidentin işdən qovduğu sabiq “Azərenerji” rəshbəri Etibar Priverdiyevə məxsus olan “AZENCO”ASC-yə himayədarlıq edən, onalara Müdafiə Nazirliyinin dövlət sifarişlərini təşkil edən isə bu günlərdə vəzifəsindən azad olunan qalmaqallı general Nəciməddin Sadıkovdur. İddialara görə adı xəyanətlərdə hallanan və müəmmalı şəkildə Moskvaya gedən Nəciməddin Sadıkovla Etibar Priverdiyevi qohumluq telləri bağlayır..

Mövcud problem haqqında daha ətraflı İnqilab Şirinsoyun təqdimatındakı “Azərbaycan Güzgüsü” verlişində məlumat verilib. Həmin verlişin videosunu təqdim edirik:

Qeyd edək ki, 28 yanvar 2021-ci il tarixdə “AZENCO” ASC-nin elektron poçtuna mövcud problemlə bağlı rəsmi məktub göndərmişik. Hələ ki, cavab yoxdur. Eyni zamanda qurumun idarə heyətinin sədri Faiq Ağayevə dəfələrlə zəng etsək də dəstəyi qaldıran olmayıb. İdarə heyətinin sədr müavini Vüqar Əliyev isə saytımıza açıqlmasında bildirib ki, məsələ araşdırılacaq və rəsmi cavab veriləcək. Ancaq 15 gündən artıq müddət keçsə də, hələ AZENCO rəhbərliyinin səsi-sorağı gəlmir…

Kanal32.az

Your email address will not be published.