Mingəçevirdə tibb işçilərindən növbəti etiraz:”Cənab Prezident,…”-VİDEO

0 549
Mingəçevir xəstəxanasında hələ də rəzalət höküm sürür! Acil şöbəsinin-Təcili Tibbi Yardımın əməkdaşları   ölkə başçısından kömək gözləyir…
Azbelediyye.az xəbər verir ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Acil şöbəsinin-Təcili Tibbi Yardım şöbəsinin əməkdaşları fevralın 28-də növbəti dəfə etiraz aksiyası keçirib. Etiraz aksiyasına səbəb  onlara COVİD-19-a görə ödənilən əmək haqlarının kəsilməsi olub.
Son bir ildə karonaviruslu xəstələrlə təmasda olduqlarını söyləyən tibb işçiləri, xidmət əsnasında özlərinin də bu xəstəliyə yoluxduqlarını əsas gətirərək müddətli əlavələrin onlara da verilməli olduğunu iddia edir. Tibb işçiləri xəstəxana rəhbərliyinin  və yuxarıdakı aidiyyatı qurumlarının rəhbərliyinin biganə münasibətindən dolayı üzləşdikləri haqsızlıqla bağlı prezidentdən kömək istəyirlər.
https://youtu.be/yXgcc-54F_g
Tibb işçiləri onu da bildiriblər ki, bəzi qüvvələrin, bəzi məmurların məqsədli şəkildə vətəndaş-dövlət münasibətlərini pozmaq, məqsədli şəkildə gərginlik yaratmaq cəhdləri heç bir nəticə verməyəcək. Çünki bizlər hər zaman olduğu kimi, bundan sonra da ölkə başçısını, onun siyasətini qətiyyətlə dəstəkləyəcəyik.

Your email address will not be published.