Adı xəyanətdə hallanan Nəcməddin Sadıkov axır ki tapıldı-VİDEO

0 186

Müdafiə nazirinin sabiq birinci müavini və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, 44 günlük Vətən Müharibəsinin ilk günlərində müəmmalı şəkildə vəzifəsindən azad olunan, adı xəyanətdə hallanan Nəcməddin Sadıkovun Dubayda çimərlikdə çəkilmiş videogörüntüləri yayılıb.

KANAL32.az xəbər verir ki, sosial şəbəkələrdə sürətlə yayılan və müzakirə olunan görüntülərin bugünlərdə çəkildiyi iddia olunub. Lakin ilkin mənbə məlum olmadığından bu iddianın nə dərəcədə həqiqətə uyğun olduğu mübahisəlidir.

General-polkovnik Nəcməddin Sadıkov vəzifəsindən uzaqlaşdırılandan sonra onun barəsində çoxsaylı şayiələr yayılmışdı. Hətta müharibənin gedişi zamanı Sadıkovun saxlanıldığı, evlərində axtarış aparıldığı da bildirilirdi.

Xatırladaq ki,Azərbaycan Müdafiə Nazirliyi bu şayiələrə “Nəcməddin Sadıkov hazırda xidmətdə deyil” məzmunlu qısa açıqlama ilə gecikmiş münasibət bildirmişdi.

Your email address will not be published.