DİQQƏT! Bələdiyyə sədri qəbirstanlıqda “mavzoley” tikdirib-VİDEO

0 282
Azərbaycanda Bələdiyyə sədri qəbirstalıqda anasına “Mavzoley” tikdirib.
Nəticədə “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın təsdiq edilməsi barədə qərarlar pozulub.Belə ki, Samux rayonun samux qəsəbəsinin Bələdiyyə sədri Xətaim Cəfərov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə “Qəbirüstü tikililərə dair tələblər”i kobud sürətdə pozmuşdur.“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 960-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 yanvar tarixli 1789 nömrəli Fərmanının 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərarı aşağıdakı kimi pozulub.Qəbirüstü tikililər dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya dəfnlə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən quraşdırılması hansı formada olmalıdır?

Nazirlər kabinetinin müvafiq qərarında qeyd edilib ki, dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya dəfnlə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən qəbirüstü tikililər quraşdırılarkən, ölmüş şəxsin dini mənsubiyyəti nəzərə alınır, soyadı, adı, atasının adı, doğum və ölüm tarixləri qəbirüstü tikililərdə qeyd olunur. Başdaşı qoyulduğu halda, hündürlüyü 1,0 metrdən və eni 0,6 metrdən artıq olmamaqla, eni 0,6 metr və hündürlüyü 0,25 metr olan altlıq üstündə quraşdırılmalıdır. Sinədaşı qoyulduqda hündürlüyü torpaqdan 0,2 metrə, uzunluğu 1,2 metrə və eni 0,6 metrə qədər olmalıdır. Qəbirüstü tikililərin quraşdırılmasında cərgə ilə sıralanmaya əməl olunmalı və qəbrin ətrafı hasara alınmamalıdır.Bəs görəsən Samux bələdiyyə sədri Xətaim Cəfərov Nazirlər kabinetinin qərarlarına niyə hörmətsizlik edir?

Hazırda həbsdə olan Vilyam Hacıyevin qohumu, Samux rayonun Bələdiyyə sədri Xətaim Cəfərovun inşa etdirdiyi bu əzəmətli Mavzoley kompleksi qəbiristanlıqda şəhid qəbirlərini kölgədə qoyur.Samux rayonunu Kökəltmə birliyi ,şərab zavodu 1000 ha-larla yaralı torpaq sahələri və digər maldarlıq-heyvandarlıq komplekslərini hansı vəsait hesabına özününküləşdirib? Bəs 20 il bələdiyyə sədri işləyən torpaqları öz dədə malı kimi satan bu acgöz milyonçu Kəlbəcər köçkünlərinin torpaqlarına niyə göz tikib? Samux rayonun sabiq icra başçısı Vilyam Hacıyev və indiki 72 yaşlı qocaman icra başçısı Alı Qocayev bu Xətaimin nəyinə aşiq olublar ki, onu bu qədər müddətə bələdiyə sədri vəzifəsində saxlayırlar?

Hazırda Samux rayon məhkəməsində 6 aydır süründürülən torpaq çəkişməsində Alı Qocayev Xətaim Cəfərova 05.03.2021-ci il tarixli saxta sərəncam da verib ki, köçkünlər məhkəmə prosessində uduzdursun.Azərbaycandakı sosial bəlaları cərgəyə düzsək, birinci sırada korrupsiya faktları yer alar. Bu gün cəmiyyəti hörümçək toru kimi caynağına almış rüşvətxorluq və ciddi siyasi iradə əsasında dönməz xarakter almış korrupsiyaya qarşı mübarizə bir-birinə nifrət edən iki böyük qüvvə kimi qarşı-qarşıyadır. Birincisi şər, ikincisi xeyir timsalında vuruşur. Sonda hansı qalib gəlsə, cəmiyyətimizin gələcəyi də o istiqamətdə irəliləyəcək.Bizdə inanırıq ki, 28 ildir sözügedən mübahisəli torpaq sahəsi məhkəmənin ədalətli qərarı ilə öz keçmiş istifadəçisinə qayıdacaqdır.

Bələdiyyə sədrinin tikdirdiyi qəbirüstü Mavzoley kompleksini təqdim edirik:

Redaksiya olaraq bildiririk ki, sözügedən bələdiyyə sədrinin mövqeyini dərc etməyə hazırıq.

Mənbə:/dünyanınsəsi/

Your email address will not be published.