“Autizm sindromlu uşaqların sosiallaşmalıdır”-Günay Ağamalı

0 115

2 Aprel – Dünya Autizm Məlumatlandırma Günüdür.

Autizimlə bağlı ilk olaraq deyə bilərəm ki, bu, təkcə bir ailənin deyil, bütün cəmiyyətin problemidir. Autizm yaş artımı ilə meydana gələn inkişaf əngəlləyən bir haldır. Autizm uşaqların sosiallaşmasına və onların cəmiyyətə uyğunlaşmasına böyük problemlər yaradır. Təssüf ki, bir sıra hallarda onlar ictimaiyyətdə və cəmiyyət içərisində düzgün qəbul olunmurlar. Dəyərli valideynlərin nəzərinə çatdırmaq istərdim ki, əgər onlar uşağın 2 yaşında fərqli davranış, psixoloji durumunda problem müşahidə edirlərsə mütləq ki, mütəxəssislərə müraciət etməlidirlər. Onu da qeyd edim ki, autizmin başlanğıcında onu aradan qaldırılması üçün məktəbəqədər təhsil müəssisələrinin çox böyük rolu var. Məktəbəqədər təhsil müəssisələrinə gedən autizm sindromlu uşaqlar cəmiyyətə daha tez uyğunlaşırlar.

Şəxsi təcrübəmə söykənərək etiraf edim ki, məktəbəqədər təhsil müəssisəmizdə autizmli uşaqlar sosiallaşıb və onlar digər şagirdlər kimi məktəbə gediblər. Başqa sözlə desək, valideyn problemin üzərinə vaxtında düşərsə, ona erkən müdaxilə olunarsa, düzgün seçim edərək, peşəkar mütəxəssis, yüksək səviyyəli məktəbəqədər təhsil muəssisəsi seçərsə çox müsbət nəticə əldə etmək olar. Bugün ikluziv təhsilə çox böyük önəm verilməlidir. Bəzi hallarda valideynlər narahatçılıqla düşünürlər ki, onların övladının yanında autizmli uşaq olarsa, bu onların da uşaqlarına mənfi təsir edər. Bu, kökündən yalnış düşüncədir. Müşahidələrimiz sübut edir ki, adi uşaqlar xüsusi qayğıya ehtiyacı olan uşaqlara qayğı ilə yanaşır, onları sevirlər. Həm də bu, körpələrimizdə mərhəmət hissini formalaşır.

Buta körpələr evi – uşaq bağçası autizm sindromlu uşaqların sosiallaşması, öz yaşıdları ilə kompleks daşımadan ünsiyyətə girməsi üzrə yüksək təcrübəyə malikdir. Sağlam gələcəyimiz naminə psixoloji problemi olan fidanlarımızın davranış pozuntularının aradan qaldırılması üçün hər birimiz böyük məsuliyyət daşıyırıq.

Günay Ağamalı

“BUTA” körpələr evi – uşaq bağçasının rəhbəri

Your email address will not be published.