Məktəb direktoru Hərbi Qənimətlər Parkından yazdı-FOTO

0 250

QARABAĞ AZƏRBAYCANDIR! DOSTA SEVİNCDÜŞMƏNƏ GÖZDAĞIDIR !

Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması  ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə  də böyük mubarizlik nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi… Ərazi bütövlüyümüz birmənalı olaraq təsdiq edildi.

Bəli, Müzəffər  Azərbaycan ordusu əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddət ərzində  darmadağın edildi.

Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı genişmiqyaslı  uğurlu daxili və xarici siyasi  fəaliyyəti göstərir ki, dövlət başçısı ulu öndər dahi rəhbər Ümummilli Liderin  bütünlüklə Azərbaycana, onun işıqlı sabahına parlaq gələcəyinə  həsr etdiyi  inamlı  ,fədakar  zəfər və şərəf yolunu  ləyaqətlə davam etdirir.  Ulu  öndər  Heydər Əliyev 2003-cü il prezident seçkiləri dövründə cənab İlham Əliyevi şəxsiyyət və dövlət xadimi kimi xarakterizə edərkən deyirdi: “İlham Əliyev yüksək intellektli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçidir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı sabahı  və xalqımızın firavanlığı yolunda öz gücündən potensialından lazıminca istifadıə edəcək . İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri məhz  İlham Əliyev başa çatdıracaq.Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

“Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”- ifadəsi İlham Əliyevin bütövlükdə xarakter cizgilərini, onun imkan və potensialını,bu gün əldə etdiyi zəfər gününü, tarix yazacaq sərkərdə olmasını ,qalib dövlətin bəxtəvər vətəndaşları olacağımızı,   yüksək siyasi əqidəyə malik  bacarığını ifadə edirdi. Yeni dövrün görkəmli siyasətçisi və dövlət xadimi kimi möhtərəm Prezident İlham Əliyev üçün böyük siyasətdə, beynəlxalq münasibətlərdə, ölkədaxili məsələlərin həllində, idarəetmə bacarığı  Heydər Əliyevin siyasi təlimi möhkəm təməl, ən etibarlı bünövrədir.

Azərbaycan regionun lider dövləti olaraq, strateji məsələlərin həllində müstəqil və prinsipial mövqe nümayiş etdirməklə enerji təhlükəsizliyi sahəsində dünya birliyinin vacib partnyoruna çevrildi. Sosial-iqtisadi, ictimai-siyasi və humanitar sahələri əhatə edən çoxsaylı dövlət proqramları uğurla həyata keçirildi, ölkədə vətəndaş cəmiyyəti və hüquqi dövlətin əsas dayaqları daha da möhkəmləndi.

Ölkəmizdə qısa müddət ərzində əldə olunmuş böyük uğurların təməlində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ictimai – siyasi sabitlik və vətəndaş həmrəyliyi dayanıb. Bütün bunlar  Azərbaycanın daha sürətli inkişaf yolunda yeni perspektivlər açdı.

Vətən müharibəsi zamanı Azərbaycan xalqı öz gücünü, iradəsini və birliyini  nümayiş etdirdi. Ölkə başçısı tərəfindən “Dəmir Yumruq” adlanan bu hərbi əməliyyatlarda Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, sucaət,rəşadət nümunəsi göstərdi. Qısa zaman ərzində müzəffər ordumuz döyüş meydanında düşməni, onun çoxlu sayda hərbi texnikasını məhv etdi, digərlərini isə qənimət kimi götürdü. “Dəmir Yumruğ”un zərbəsinə dözməyən düşmən ağ bayraq qaldıraraq, təslim oldu. Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, xalqımızın qürur mənbəyinə çevrildi.

Bu gün bir azərbaycanlı kimi sevincimi gizlədə bilmədim.Hərbi Qənimətlər Parkının salınması Azərbaycan xalqının nə qədər qüdrətli ,qalib  xalq olduğunu bir daha sübut etdi. Qələbə abi-havası yenidən yaşandı. Gizli tunellər, Real döyüş səhnələri, erməni tankları, boş qalmış dəbilqələri,istifadəsi qadağan olunmuş İsgəndər –M raketi,düşməndən qənimət götürülmüş  avtomobil nömrə nişanlarından hazırlanan sədd ,(hansı ki,bir zamanlar onlar bu addımı atmışdılar)  və xüsusilə üzərində “Qarabağ Azrbaycandır” şüarı ,müdafiə sədləri bir sözlə  illərlə yaşadığımız hər acının  təsəllisini  burda tapacağıq. Düşmənin  nə qəddar və amansız olduğu əks olunmuş simalar,ermənistan ordusunun döyüş mövqelərindən gətirilmiş ,əsgərlərimizin atıcı silahlardan atdığı güllələrin izlərini özündə saxlayan dəmir  istehkamlar  kam qalmış arzuların reallıq nümunəsidir.

Ancaq bu gün bizə fəxr etmək yaraşır.Ərazi bütövlüyümüz bərpa olunur,qalib dövlətin azad vətəndaşlarıyıq . Ruhunuz şad olsun, cismini düşmən gülləsinə sipər edən, Vətənimin Şəhid övladları . Eşq olsun Ali Baş Komandan İlham Əliyev Cənablarına , yaşasın Qüdrətli Azərbaycan Ordusu  !!!

Necə ürək ağrısı ilə  dinc mülkü  əhalinin atəşə tutulduğu ərazirələri , dağıdılmış evləri , Şəhidlər xiyabanını ziyarət etdik şagirdlərimizlə ,bu günün başlanğıcında ilk sözümüz   Bakıya ilk səfərimizdə Hərbi Qənimətlər Parkını qürurla ziyarət etməyimiz  olacaq inşaallah.

8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarixi gün…

8 noyabr 2020-ci il Ali Baş Komandan və şanlı Azərbaycan əsgərinin yazdığı şanlı  tarix, 28 illik həsrəti 44 gün müddətində bitirən müzəffər ordu. Bu müddət ərzində millətimiz daim vətən həsrəti, sevgisini ürəyində daşıdı, cənab İlham Əliyevə arxalandı və qələbə qazandı. Liderimiz daim çıxışlarında “Biz Qarabağımıza qayıdacağıq, Qarabağ tarixi Azərbaycan torpağıdır” deyirdi. O, ulu öndər Heydər Əliyevə və xalqına verdiyi sözləri tutdu. Ata vəsiyyətini yerinə yetirdi. Ordumuza, eləcə də möhkəm iradəli xalqına inanaraq zəfər qazandı. Bu zəfər asan başa gəlmədi. Daim danışıqlara üstünlük verən dövlətimiz, öz hünərini döyüş meydanında da göstərdi.

“Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyən Ulu Öndərin arzusunu reallaşdırdı.Böyük qələbəni al qanı ilə yazan Şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyən Ulu Öndərin arzusunu reallaşdırdı: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun Odlar yurdu !”.Ölkə Prezidenti İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu sözlər hər bir azərbaycanlında böyük sevinc və qürur hisləri yaratdı. Bu böyük qələbə eyni zamanda Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. “Dağlıq Qarabağ Azərbaycan torpağı, beynəlxalq səviyyədə tanınan ərazimiz olmaqla yanaşı, ədalət məsələsidir, Azərbaycanın milli qürur məsələsidir”,-deyən Prezidentimizə olan inamı, sevgini birə min artırdı.

Bir sözlə, “Qarabağ Azərbaycandır və nida işarəsi”-söyləyən Prezidentimiz hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdi. Noyabrın 8-i xalqımızın tarixinə  qızıl hərflərlə yazıldı! 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik.

Qarabağ Azərbaycandır! 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq!

Vətən fədailəri Siz ölməzliyə qovuşan qəhrəmanlar, vətənimin igid, mərd, məğrurluq  rəmzisiniz.Ruhunuz şad olsun xalqımın Şəhid oğulları ,sizi yetişdirən anaların qarşısında, Sizin ruhunuz qarşısında baş əyirik .Xalqımız  Sizi heç vaxt unutmayacaq !

Başını dik tut  odlar yurdu,düşmən işğalında olan torpaqlarımıza qovuşduq artıq biz azad dövlətin vətəndaşlarıyıq.

İllərlə həsrətində olduğumuz, arzularımıza, məhv edilmiş xəyallarımıza çevrilən Qarabağ Azərbaycan torpağının ayrılmaz hissəsi artıq geri qayıtdı.Ərazi bütövlüyümüz bərpa olundu.Bu sözləri ancaq və ancaq sevinc göz yaşları ilə deyə bildik. İlahi, bu anları da yaşamaq varmış həyatımızda .Ali Baş Komandanın rəhbərliyi Şəhidlərimizin qanı,canı   bahasına qarış qarış ana torpağımız işğaldan azad olundu.Rahat yat Şəhidim qanınız yerdə qalmadı.  Bu gün hamıdan çox başı dik,alnı açıq dayanmağa haqqı olan Şəhid valideynləri təsəlli tapmaq üçün daha bir ünvanımız da var  –  Hərbi Qənimətlər Parkı .

Atrıq şərəfsiz düşmənin mundar ayağı dəyməyəcək torpağıma.Köksündə vətən oğulları vüsal gülləri bitirəcəklər.Saçlarını darayıb ,ruhunu oxşayacağıq,öpəcəyik gözlərindən Xocalım,Laçınım,Xankəndim,Kəlbəcərim,Şuşam,Xocavəndim,Qubadlım,Zəngilanım,Cəbrayılım,Ağdamım mənim.Vüsalın bu qədər şirindi ,ancaq kaş ayrılıq olmayaydı.Daş üstünə daimi axan su, iz salan kimi ,iz saldı qəlbimizdə həsrətin.

Axı illərlə bağrımız dağlandı,ətrini köçüb gedən quşlardan ,oğrun -oğrun köksünün ətrini gətirən küləklərdən aldıq,xəyalını canlandırdıq,şəkillərin ,görüntülərin ovutdu bizi.Ovutdumu yox ,əsla ,daha da həsrətin ən kəskin qılıncımıza çevrildi,sənin üçün oğulların can verdikcə,xəmirini al qanları ilə yoğurduqca daha çox bağlandıq sənə ,heç vaxt ayrılmayacaq qədər möhkəm sarıldıq .Bax bu güc ,bu qüvvət ,ananı öz ovladından ayıra bilməyəcəyini ,bir qəlbi köksümüzdən qopara bilməyəcəyini sübut etdi.

Varlığım mənim ,vətənim Azərbaycan .Sən mənim susmaz nəğməm ,ən ulu sözümsən.

El bilir ki,sən mənimsən

Yurdum,yuvam ,məskənimsən

Anam döğma vətənimsən

Ayrılarmı könül candan

Azərbaycan ,Azərbaycan .

 

Sevinc Həsənova

Mingəçevir şəhər S.Vurğun adına 16 №li tam orta məktəbin direktoru

Kanal32.az

Your email address will not be published.