“Prezidentin verdiyi qərarlar Tərtərdə icra olunmur”-VİDEO+FOTO

0 60

FHN-nin,Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Tərtər rayon İcra Hakimiyyətinin müharibə zamanı rayonda evləri dağılmış sakinlərə dövlət tərəfindən ödənilən kompensasiya məbləğinin qəsdən azaldılması və süründürməçilik halları ilə bağlı ciddi şikayətlər var. 

Belə şəxslərdən biri də yaşadığı 5 otaqlı evi erməni hücumu nəticəsində dağılan Tərtər rayonunun Yuxarı Qaradağlı kənd sakini Aslanov Şamil Rafiq oğludur.

Kanal32.az-a müraciət edən əlacsız kənd sakini son ümid yeri kimi yalnız ölkə başıçısına və Birinci vitse-prezidentə səslənərək kömək istəyir.

3 azyaşlı uşaq atası Aslanov Şamil Rafiq oğlunun videmüraciətini təqdim edirik:

Tərtər Rayon İcra Hakimiyyəti “Kanal32”nin redkasiyasına  göndərdiyi açıqlamada bildirib ki,Tərtər rayonunun Yuxarı Qaradağlı kənd sakini Aslanov Şamil Rafiq oğlunun evinə işçi qrupu tərəfindən 15 dekabr 2020-ci il tarixdə baxış keçirilmiş, ev bərpa kateqoriyasına aid edilmiş, plastik kartına 1000 (min) manat pul köçürülmüşdür.Rayon icra hakimiyyəti tərəfindən işçi qrupunun işinə müdaxilə olunmur.

Şamil Aslanova məktəb rəhbərliyi tərəfindən Qapanlı kənd tam orta məktəbinin binasında məskunlaşmaq üçün üç otaq təklif olunsa da, o, imtina etmiş və öz istəyi ilə evinin yaxınlığındakı köhnə məktəb binasında məskunlaşmışdır. Məktəb rəhbərliyi tərəfindən ona elekrik sobası (işıq pulunu məktəb ödəyir),   yanacaq üçün odun verilmişdir. Ailəyə 1 dəfə Heydər Əliyev Fondu, 2 dəfə Tərtər Rayon İcra hakimiyyəti, 2 dəfə DSMF, 2 dəfə “Qızıl Aypara” Cəmiyyəti tərəfindən ərzaq, geyim və yataq dəsti verilmiş, müxtəlif vaxtlarda ayrı-ayrı xeyriyyəçilər tərəfindən yardım göstərilmişdir. “ASAN” xidmətin könüllüləri tərəfindən kənddə sorğu aparılarkən onların ehtiyacları ilə maraqlanılmış və soyuducu ilə təmin olunmuşlar.

Qeyd edək ki, Prezidentin ötən ilin 14 dekabrında imzaladığı sərəncama əsasən “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” yaradılmış Dövlət Komissiyası tərəfindən mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın dövlət vəsaiti hesabına aradan qaldırılmasına dair müvafiq işlər aparılır. Ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat , dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat məbləğində kompensasiyalar ödənilir.

Kanal32.az

Your email address will not be published.