Mingəçevirli şagirdin “Ən yaxşı təqdimat”ı ölkə üzrə 1-ci oldu-FOTOLAR

0 96

 S.Vurğun adına Mingəçevir şəhər 16 nömrəli tam orta məktəbin XI sinif şagirdi  Abuşova Jalə Valid qızı respublika üzrə keçirilən müsabiqənin qaliblərindən biri adını qazanıb.

Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri ilə onlayn görüş keçirilib.

Kanal32.az Təhsil nazirliyinin yaydığı məlumata istinadən bildirir ki, tədbiri giriş nitqi ilə açan müsabiqənin işçi qrupunun sədri, Təhsil nazirinin müavini Firudin Qurbanov Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının müstəqilliyi və xoşbəxt gələcəyi naminə danılmaz xidmətlərindən söz açıb.  

Naziri Emin Əmrullayev müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin təhsilin inkişafına hər zaman xüsusi diqqət və qayğı göstərdiyini, təhsil sahəsinin cəmiyyətdə rolunu və əhəmiyyətini yüksək qiymətləndirdiyini xatırladıb. Təhsil naziri qalibləri təbrik edərək, onlara uğurlar arzulayıb.

Tədbirdə iştirak edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin müavini Mirzə Cəfərzadə də öz növbəsində müsabiqə qaliblərini təbrik edib və tədbirin təşkilinə görə təşəkkür edib.

Sonda qalib şagirdlər öz təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 6 nəfər I, 10 nəfər II, 15 nəfər III dərəcəli diplom, 20 nəfər isə həvəsləndirici tərifnaməyə layiq görülüb.

Qaliblər sırasında S.Vurğun adına Mingəçevir şəhər 16 nömrəli tam orta məktəbin XI sinif şagirdi  Abuşova Jalə Valid qızı da yer alıb.

Kanal32.az Təhsil nazirinin müvafiq əmrinin bir hissəsini təqdim edir:

“Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin təltif edilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə 2020-2021-ci dərs ilində ümumtəhsil məktəb şagirdləri arasında keçirilmiş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin təltif olunması ilə əlaqədar “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

                                                                              ƏMR EDİRƏM:

Aşağıda adları göstərilən şagirdlər I, II, III dərəcəli diplomlar və tərifnamə ilə təltif edilsinlər:

I dərəcəli diplomla

  1. Hüseynov Riad Fuad oğlu – Bakı şəhəri 18 nömrəli tam orta məktəbin X sinif şagirdi
  2. Qəniyeva Nastya Ruslan qızı – Bakı şəhəri 116 nömrəli tam orta məktəbin IX sinif şagirdi
  3. Abuşova Jalə Valid qızı – Mingəçevir şəhəri 16 nömrəli tam orta məktəbin XI sinif şagirdi
  4. Qurbanova Nuray Valeh qızı – Abşeron rayonu Məmmədli kənd tam orta məktəbinin X sinif şagirdi
  5. Həsənova Natavan Anar qızı – Lənkəran şəhəri 3 nömrəli tam orta məktəbin X sinif şagirdi
  6. Zeynallı Bülbül Namiq qızı – XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin X sinif şagirdi

Biz də Media qurumu olaraq Mingəçevir şəhər 16 nömrəli tam orta məktəbin direktoru Sevic Həsənovanı, eyni zamanda bütün məktəb kollektivini qazandıqları uğur münasibəti ilə təbrik edirk.Onlara gələcək fəaliyyətlərində nailiyyətlər arzulayırıq.

“Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin təltif edilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmrinin tam mətni ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:

“Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin təltif edilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri

Mənbə: Kanal32.az

Your email address will not be published.