44 günlük savaşın xilaskar qəhrəmanları-VİDEO+FOTO

0 221

Çağdaş tariximizə silnməz izlərlə yazılan, son 30 ildə işğal olunmuş torpaqlarımıza qayıdışı təmin edən 44 günlük haqq savaşı…

Bu o, savaşdır ki,  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Milli Ordumuz hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadə etməklə bütün dünyanın diqqətini Azərbaycana yönəltdi. Nəticədə ordumuz həm sürətlə irəlilədi, həm işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi.

Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu fakti­ki olaraq iflic vəziyyətə saldı. Müasir texnoloji silahlar ordumuzun güc alətlərindən yalnız biri idi. Müharibənin taleyini müəyyənləşdirən isə başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanın­da əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri, onun cəsur komandirləri və öz həyatları bahasına yaralı əsgərlərimizi xilas edən hərbi tibbi heyət oldu.

Kanal32.az-ın məlumatına görə,Həmin xilaskarlardan ibarət komandalardan biri də Gəncə Qarnizonunun Hərbi Hospitalının əməkdaşlardır.Gəncə Hospitalının rəisi polkovnik Hüseyn Qaçayev deyir ki, hospitalın həkim heyəti, eyni zamanda kiçik tibbi personalı müharibə vaxtı sözün əsl mənasında fədəkarlıq ediblər. Necə deyərlər, onların xidmət yeri bir məkanla yekunlaşmayıb. Daşkəsən, Suqovuşan, Fizuli, Qubadlı, Şuşa, Laçın, Murovdağ sililəsi, Kəlbəcər…

“Kanal32”yə istinadən  Gəncə Hospitalının keçdiyi döyüş yolu haqqındakı maraqlı videomaterialı təqdim edirik:

44 günlük müharibə zamanı Gəncə Hərbi Hospitalı həm də bir ilkə imza atıb. Belə ki, döyüşlər gedən ərazilərdə yaralı hərbiçilərimizə tibbi yardım göstərən, onların güllə yağışı altından təxliyyə olunmasını təmin edən heyətin içərsində xanımlar-tibb bacıları da olub. Zəminə Hüseynova, Elnarə Sadıqova və bir də Şəhid qızı, ailənin tək övladı Nişanə Məmmədova…

Heç nədən qorxmayan, ölümün gözlərin dik baxan zərif cinsin nümyəndələrinin 44 günülük müharibə ilə bağlı təəssüratları həqiqətən də maraqlıdır və gənc nəslin hərbi-ideoloji baxımndan formalaşması üçün mühüm əhəmiyyət kəsb edir.

Çağdaş tariximizin şərəf səhifəsi olan 2-ci Qarabağ savaşının mənvəi-psixoloji üstünlüklərini isə sözlə ifadə etmək bir qədər çətindir. İlk dəfə idi ki, böyükdən-kiçiyə hamı Azərbaycan hərbiçilərinə bütün varlıqları ilə inanırdı. Hətta, zərif cinsizn nümayəndələri belə mənfur ermənilərdən alınan qisasdan rahatlıq tapırdı. Elə atasının məzarına Şəhid olduğu Kəlbəcərdən torpaq gətirən hərbi tibb bacısı kimi…

Gəncə hospitalın bütün heyəti, eyni zamanda yüksək ixtisaslı həkimləri, cərrahları Müdafiə nazirliyinin və Hərbi tibb baş idarəsinin onlara yaratdığı mükəmməl şəraitin geniş imkanlarını xüsusi vurğulayırlar.

Döyüş bölgələrində və hərbi tibbi heyətin xidmət göstərdiyi ərazilərdə yaradılan yüksək təchizatlı mobil şərait yaralı hərbiçilərimizin həyatada qalmasında olduqca mühüm rol oynayıb. Hətta, Gəncə Hospitalının tibbi heyətinin yardım göstərdiyi yaralılardan heç kim şəhid olmayıb.

Həm Qubadlıda, həm Şuşada, həm də Kəlbəcərdə yaradılan mobil səhra hospitallarında həyata keçirilən cərrahi əməliyyatlar uğurla yekunlaşıb. Xeyli sayda ağır cərrahi əməliyyatlar icra edən hospitalın aparıcı cərrahı Roman Çobanov deyir ki, hərbi tibbi heyətin uğuru yuxarı rəhbərliyinin peşəkar və yüksək təşkilatçılıqla həyata keçirdiyi fəaliyyətlərlə bağlıdır.

Onu da qeyd edək ki, 44 günlük müharibəyə qədər Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunun şəxsi heyətinin xidməti, sosial-məişət şəraitinin yaxşılaşdırılması, sağlamlığının qorunması istiqamətində bir sıra mühüm və  məqsədyönlü tədbirlər həyata keçirilib. Elə son beş ildə təkcə Gəncə Qarnizonunda Hərbi hsopitalın müasir standartlara cavab verən infrastrukturun yaradılması bunun əyani göstəricilərindən biridir.

Hərbi tibb müəssisələrində həyata keçirilən tikinti-quruculuq işlərinin davamı olaraq Gəncə Qarnizonunda Hərbi hospitalın yeni inşa edilmiş infeksion xəstəliklər şöbəsi ən son tibbi avadanlıqlarla təchiz olunub, hərbi qulluqçuların, əsgərlərin müayinə və müalicəsi üçün hər cür şərait yaradılıb. Şəmkirdəki korpus da ən son tibbi avadanlıqlarala təchiz olunub ki, burada da ən mürəkkəb cərrahi əməliyyatlar peşəkarlıqla aparılır.

Bəli, bu gün bizim hər birimiz torpaqlarımızı öz qanları ilə yoğuran müqəddəs Şəhidlərimizlə, qazilərimizlə və ordumuzun bütün şəxsi heyəti ilə fəxr etməli, onların şərəfəni həmişə uca tutmalıyıq. Bu bizim ən ümdə vətəndaşlıq borcumuzudur…

Kanal32.az

Your email address will not be published.