Mingəçevirdəki “N” saylı hərbi hissədə görüş keçirilib-FOTOLAR

0 124

26 iyun Silahlı Qüvvələr Günündə 44 günlük müharibə zamanı Mingəçevirin müdafiəsində müstəsna xidmətlər göstərən “N” saylı hərbi hissədə görüş keçirilib.

Kanal32.az xəbər verir ki,Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər nümayəndəliyinin təşkilatçılığı, həmçinin Mingəçevir şəhər Texniki Humanitar Liseyin müəllim və şagirdlərinin iştirakı ilə Mingəçevirdə yerləşən, “N” sayli hərbi hissədə Silahli Qüvvələr Günü münasibəti ilə bayram konserti təşkil olunub.

Tədbiri giriş sözü ilə “N”saylı hərbi hissənin komandiri, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Elnur Qebedov açıb. O, zəfər qazanmış Azərbaycan Silahlı Qüvvələrinin Ali baş komandanı İlham Əliyev başda olmaqla ordumuzun bütün şəxsi heyətini və Azərbaycan xalqını təbrik edib. Vətən Müharibəsi Qəhrəmanı onu da bildirib ki, builki bayramın tarixi əhəmiyyəti olduqca böyükdür. Ona görə ki, Şanlı Ordumuz uzun illərdir düşmən tapdağında olan torpaqlarımızı azad edərək ərazi bütövlüyümüzün bərpasını təmin edib.

Sonra Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin direktoru Vüsal Məmmədov çıxış edərək qalib Azərbaycan Ordusunun bütün şəxsi heyətini təbrik edib. Eyni zamanda Mingəçevirdəki “N” saylı hərbi hissənin 44 günlük Vətən müharubəsində Mingəçevirin və ətraf ərazilərin düşmənin hava hücumundan qorunmasındakı müstəsna rolundan  danışıb. Qəhrəman Azərbaycan əsgərinin göstərdiyi misilsiz şücayətin çağdaş tarximizin ən şərəfli səhfəsi olduğunu deyib. Ardınca hərbi hissə komandirinə xatirə hədiyyəsi təqdim olunub. 

“N”saylı hərbi hissənin komandiri, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Elnur Qebedov da öz nöbəsində hərbiçiləri təbrikə gələn Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin direktoru Vüsal Məmmədovu və musiqiçiləri fəxri fərmanlarla təltif edib. Bütün qonaqlara öz təşəkkürünü bildirib.

Rəsmi hissəsnin ardından konsert başlayıb və biri-birindən rəngarəng müsiqi nömrələri ifa olunub.Qonaqlarla əsgərlər birgə rəqs ediblər.

 

Qeyd edək ki, Mingəçevirdəki “N” saylı hərbi hissəsnin komandiri polkovnik Elnur Qebedov 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı döyüşən komandirlərdən biri olub və Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Qebedov “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

Kanal32.az

Your email address will not be published.