Gəncə Hərbi Hospitalı Ordu Gününü Şəhid ailələri ilə qeyd etdi-VİDEO

0 33

Müdafiə Nazirliyininin Gəncədə yerləşən “N” saylı Hərbi Hosbitalının kollektivi “Silahlı Qüvvələr Günü” münasibətilə torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhidlərin ailələrini ziyarət ediblər.

Kanal32.az-ın məlumatına görə,bu görüş Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hörmət və ehtiramla yad edilməsi məqsədilə keçirilən silsilə tədbirlər çərçivəsində baş tutub.

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasətinin tərkib hissəsi kimi bayram günündə Gəncə Hərbi Hospitalının rəisi polkovnik Hüseyn Qaçayevin rəhbərliyi ilə bir qrup  yüksək rütbəli zabit və hərbi qulluqçu Gəncədə yaşayan 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş XTQ-nin giziri Ruslan Hümbətov və Araz Məmmədovun ailəsini ziyarət edib. Polkovnik Hüseyn Qaçayevin şəhidlərin ailə üzvlərinə Müdafiə Nazirliyinin, Hərbi Tibb Baş İdarəsinin rəhbərliyi və onlarla birlikdə xidmət etmiş hərbi qulluqçular adından başsağlığı çatdırıb. Hospitalın rəisi bildirib ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə bütün şəhidlərimizin qisasının alınıb və düşmənə  layiqli cavab verilib, bundan sonra da düşmənin atacağı hər hansı bir addım ən sərt şəkildə cavablandırılacaq.

Polkovnik Hüseyn Qaçayev onu da diqqətə çatdırıb ki, bu gün Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur. “Ordumuz  düşmənə ilk sarsıdıcı zərəbəni 2016-cı ilin Aprel döyüşlərində endirdi. Tovuz döyüşlərində növbəti zərəbəni aldı. 2020-ci ilin sentaybrında isə Ermənistan ordusunun təxribatlarına cavab olaraq, ordumuz əks-hücum əməliyyatı ilə 44 günlük savaşla ərazi bütövlüyümüzü erməni qəsibkarlarından təmizləyərək bərpa etdi. Bununla da xalqımıza qələbə sevinci yaşatdı. Ancaq təəssüf hissi ilə bildirmək istəyirəm ki, Ruslan Hümmbətov və Araz Məmmədovun kimi oğullarımızı da həmin döyüşlərdə itirdik. Bütövlükdə 44 günlük zəfər döyüşləri qəhrəmanlıq tariximizə qızıl hərflərlə yazıldı. Belə qəhrəman Şəhidlərimizin sayəsində bu gün ordumuz qüdrətlidir, torpaqlarımızı müdafiə etməyə qadirdir. Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsi olmaqla yanaşı, həm də xalqımızın iftixar yeridir. Zənnimcə, bütün bu uğurların təməlini ordumuza göstərilən böyük diqqət və qayğı təşkil edir. Ümumiyyətlə, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən oğullarımızın ailələri, yaralanmış əsgər və zabitlərimiz dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunublar. Sizlər bir Şəhid ailəsinin üzvləri, bizlər isə bir hərbi qulluqçu kimi Ali Baş Komandanımız tərəfindən Vətən fədailərinə yüksək diqqət və qayğının göstərildiyini hər an öz üzərimizdə hiss edirik”.

Sonra Gəncə Hospiatlının əməkdaşları Ermənistan tərəfinin hücumu nəticəsində Cəbrayıl və Qubadlı rayonlarının azad olunması uğurunda gedən döyüşlərdə Şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin giziri Ruslan Hümmbətovun və Araz Məmmədovun valideynləri, ailə üzvləri və yaxın qohumaları ilə birgə çay süfrəsi arxasında söhbət ediblər. Ailə üzvülərinin Şəhidlərlə bağlı xatirələrini dinləyiblər. Hospitalın rəisi Hüseyn Qaçayev kollektiv adından Şəhid ailələrinə təşkil olunan birdəfəlik maddi yarımı təqdim edib. Öz növbəsində Şəhid ataları-Səlim Hümbətov və Telman Məmmədov göstərilən diqqətə görə Ali Baş Komandana, Müdafiə Nazilirliyinə, Hərbi Tibb Baş İdarəsinə və Gəncə Hospitalının kollektivinə öz minnətdarlıqlarını bildiriblər.

Xüsusi Təyinatlı Qüvvələrin giziri,Şəhid Ruslan Hümbətovun ailəsində çəkilmiş videoreportajı təqdim edirik:

Şəhidlərin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, ölkə başçısı tərəfindən bu gün şəhid ailələrinə göstərilən diqqət və verilən qiymət yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.Ona görə də hərbi xidmətə gedənlər və uzunmüddətli hərbi xidmət edənlər heç bir narahtlıq hissi keçirməməlidir,dövlətimiz həmişə onların yanındadır.

Şəhid Araz Məmmədovun ailəsində çəkilmiş videoreportajı təqdim edirik:

Qeyd edək ki,belə tədbirlər həm də ordu ilə ictimaiyyətin əlaqələrini möhkəmləndirir. Cənubi Qafqazın lider dövləti olan müstəqil Azərbaycan Respublikasının siyasət kursunun mühüm prioritetlərindən biri də dövlətimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə göstərilən böyük diqqət və qayğıdır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri məhz müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həll edilməsi və hər cür qayğı ilə əhatə olunmasıdır.

Məlumat üçün onu da bildirək ki, hər iki Şəhidin-Xüsusi Təyinatlı Qüvvələrin giziri Ruslan Hümbətovun atası, Araz Məmmədovun isə anası Gəncə Hərbi Hospitalında işləyir.

Kanal32.az

Your email address will not be published.