Ukrayna və Rusiyadakı yevlaxlılar Şəhidin xatirəsini belə əbədiləşdirdilər-VİDEO

0 31

Yevlax rayonunun Qaraməmmədli kəndində şəhid Şahgəldiyev Muxtar Knyaz oğlunun xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı olub.

Kanal32.az xəbər verir ki, Ukrayna və Rusiyada yaşayan və əsələn Qaraməmmədli kəndindən olan soydaşlarımızın təşəbbüsü və maliyyə dəstəyi ilə Şəhid Muxtar Şahgəldiyevin xatirəsi əbədiləşdirilib. Belə ki, kəndin mərkəzində onun adını daşıyan bulaq kompleksi inşa edilib, bulağın ətrafı abadlaşdırılıb.

Bu günlərdə isə sözügedən xatirə bulağının açılış mərasimi keçirilib. Mərasimdə  Şəhidin ailə üzvüləri, kənd sakinləri, ictimaiyyət nümayəmdələri və Yevlax Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak edib. Tədbir iştirakçıları öncə xatirə bulağının önünə gül dəstələri qoyub, Şəhidin ruhuna dualar oxuyublar. Çıxış edənlər şəhid Muxtar Şahgəldiyevin qısa, lakin şərəfli həyat yolundan, onun Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqlarından söz açıblar. Bildirilib ki, Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan oğullarımız hər zaman xalqımızın qəlbində yaşayacaq. Xaricdə yaşayan həmkəndlilərinin Şəhidimizin xatirəsinə göstərdikləri böyük ehtiram isə gələcək nəsillər üçün böyük örnəkdir.

Yevlax Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Xaliq Əliyev Şəhidlərimizin xatirsəinin əbədiləşdiriliməsi istiqamətində atılan örnək addımları yüksək qiymətlədnirib və İcra başçısı Anar Tağıyevin salmlarını çatdırıb. O bildirib ki, 44 günlük müharibə xalq-dövlət, xalq-prezident biriliyinin əyani təcəssümü oldu və nəticə etibarı ilə torpaqıarımız mənfur ermənilərdən azad edildi. Ali Baş komandanının rəhbərliyi ilə Azərbaycan Ordusu öz adını çağdaş tariximizə qızıl və silinməz hərflərlə yazdı.

İcra hakimiyyətinin nümayəndıəsi ounu da qeyd etdi ki, dövlətimiz hər zaman Şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının problemlərinin həlli istiqamətində davamlı addımlar atır və onlarının sosial durumlarının yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirir. Xaliq Əliyev bulaq kompleksinin inşasına dəstək verən və bu təşəbbüsün reallaşmasında əməyi keçən hər kəsə öz minnətdarlığını ifadə edib.

Onu da qeyd edək ki, Muxtar Şahgəldiyev 1-ci Qarabağ savaşında Murovdağ uğurunda gedən döyüşlərdə iştirak edib və həmin döyüşlərdə itkin düşüb.

Kanal32.az

Your email address will not be published.