Ana fəryad edir:”Oğlum 1 ildir qanunsuz olaraq həbsdə saxlanılır,məhkəmə isə…”-VİDEO

0 49

“3 uşaq atası, ali təhsilli oğlum polis polkovnik-leytenantı Gündüz Məcidovun sifarişi əsasında şərlənərək  həbs olunub.1 ildir qanunsuz olaraq həbsdə saxlanılır,”cinayəti” sübuta yetirilməyib.Naftalan məhkəməsi isə qərar çıxarmır”. 

Bu fikirləri “Kanal32”yə açıqlamasında Yevlax rayonunun Aran qəsəbəsinin sakini Bayramova Xuraman Rüstəm qızı səsləndirib. O,oğlu Bayaramov Ruhin Baloğlan oğlunun qanunsuz olaraq 1 ildir həbsdə saxlanması ilə bağlı ölkə Prezidenti İlham Əliyevə, Ədliyyə naziri Fikrət Məmmədova, Baş prokuror Kamran Əliyevə və Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib.

Şikayətçinin sözlərinə görə, oğlu Bayramov Ruhinə qondarma ittihamlarla AR.CM-nın 234.2-ci maddəsi ilə cinayət işi açılaraq Naftalan Şəhər Məhkəməsinin hakimi Gündüz Şirinovun 12 avqust 2020-ci il tarixli qərarı ilə  barəsində həbs qəti-imkan tədbiri seçilib. Ancaq bu günə kimi oğlumun barəsində məhkəmə qətnaməsi çıxarılmayıb.Çünki o heç bir cinayət əməli törətməyib və ibtidai istintaqın topladığı “dəlil-sübutlar” təsdiqini tapmayıb, istintaq materiallarında əksini tapmış məlumatlar biri-birini təkzib edib, bununla da oğlumun “cinayəti” sübuta yetirilməyib. Təqsiriləndirilən şəxsin anası Xuraman Bayramova deyir ki,oğlu əvvəllər Yevlax və Naftalan Şəhər Polis şöbələrində işləmiş, hazırda isə Balakən rayon Polis şöbəsində rəis müavini işləyən Gündüz Məcidov tərəfindən şərlənərək həbs olunub.Belə ki, polis polkovnik-leytenantı Gündüz Məcidov Yevlaxda işləyən zaman təqsirləndirilən şəxsin dayısı oğlu Cəfərov Balabəy Ələkbər oğlunu şərləyib və ona AR.CM-nın 234.4.1-ci maddəsi ilə cinayət işi açıb. Aparılan istintaq hərəkətləri zamanı məlum olub ki,ona elan olunmuş ittiham saxtadır və bu hal onun üzərinə məhz Gündüz Məcidov tərəfindən qoyulub.Məhkəmə isə təqsirləndirilən Cəfərov Balabəy Ələkbərov oğluna bəraət verib.Bundan sonra Gündüz Məcidov müvafiq qaydada cəzalandırlıb və Nafatlan Şəhər Polis Şöbəsində aşağı vəzifəyə təyin olunub. Şikayətçinin iddiasına görə, Gündüz Məcidov aldğı cəza ilə barışmayaraq qisas almaq fikrinə düşüb və bu fikrini bir neçə yerdə açıq şəkildə ifadə edib. Sonra isə özü üçün əlverişli məqam axtarıb. Əlverişli məqam isə 2020-ci ilin avqust ayında yaranıb. Belə ki, Ruhin Bayramov Bakı şəhərində təsadüfən qonaq olduğu zaman  baş vermiş bir hadisə ilə bağlı şahid qismində izahat vermək üçün 9 avqust 2020-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib,ancaq pulu olmadığına görə həmin gün gedə bilməyib. İdarənin müstəntiqi Zabil müəllimlə Ruhin Bayramovun Votsap üzərindən yazışması bu faktı təsdiq edir.

Sərtləşdirilmiş karantin rejimi olduğuna görə Ruhin Bayramov xüsusi icazə ilə yalnız avqustun 10-da Bakı şəhərinə gedib. Müstəntiq tərəfindən izahatı alındıqdan sonra sərbəst buraxılıb və baş vermiş hadisə ilə heç bir əlaqəsinin olmadığı müəyyən edilib. Ancaq o,Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən çıxandan bir qədər sonra-təxminən sözügedən binadan 200 metr məsafədə mülki geyimli şəxslər tərəfindən saxlanılıb.Məlum olub ki, həmin şəxslər Gündüz Məcidov və Naftalan polis şöbəsinin əməkdaşlarıdır. Onlar Ruhin Bayramovu Gündüz Məcidovun  şəxsi avtomobilinə mindirərək Naftalana gətiriblər. 12 avqust 2020-ci il tarixdə isə İstintaq qrupunun baş müstəntiqi Yusif Əliyevin vəsatəti əsasında Naftalan Şəhər Məhkəməsinin hakimi Gündüz Şirinovun qərarı ilə onun barəsində həbs qəti-imkan tədbiri seçilib. Ancaq ittihamın və açılan işin qondarma, eyni zamanda sifarişli olması həyata keçirilən prosesual hərəkətlərdə açıq şəkildə üzə çıxıb. Həbs qəti-imkan tədbirinin seçilməsi ilə bağlı qərarın “müəyyən etdi” hissəsində Ruhin Bayramovun 11 avqust saat 00:40-da şübhəli şəxs qismində tutulduğu yazılıb, ancaq yer,məkan göstərilməyib. İstintaq materialında isə yazılıb ki, guya Ruhin Bayramov saat 00:40-da Naftalanda tutulub. Polis əməkdaşları isə izahatlarında qeyd edib ki,biz Ruhin Bayramovu şübhəli şəxs qismində Bakı şəhərində “20 Yanvar” dairəsinin yanında tutmuşuq.Təqsirləndirlən şəxs isə izahatında yazıb ki,onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən çıxandan bir qədər sonra-təxminən sözügedən binadan 200 metr məsafədə mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Təqsirləndirilən şəxsin valideynlərinin əldə etdiyi video isə Naftalan polisinin, xüsusən də Gündüz Məcidovun qanunsuz əməllərini ortaya çıxarır. Əldə edilən videodan aydın şəkildə görünür ki, avqustun 10-u axşam saatlarında mülki geyimdə olan şəxslər Gündüz Məcidova məxsus avtomobillə Hacıqabul rayonunda yerləşən “Qədirxum” restoranına gəlir və çay içmək üçün orada düşürlər.

Həmin videonu təqdim edirik:

O zaman ortaya bir sıra suallar çıxır:

-Gündüz Məcidov narkotiklərlə mübarizə sahəsində çalışmadığı halda niyə şübhəli şəxsin ardınca  məhz o gedib?

-Ruhin Bayramov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin yaxınlığında tutulduğu halda niyə istintaq materiallarında ərazi Naftalan göstərilib?

-Necə olur ki,diqqətlə yoxlanılıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə izahat üçün buraxılan şəxsin binadan çıxan kimi cibindən narkotik vasitə tapılır? Bu məntiqin və addımın adı nədir?

-İstintaq materiallarında göstərilir ki, guya şübhəli şəxs üzərində gəzdirdiyi narkotik vasitəni-“heroini” yaşadığı Yevlax rayonunun Aran qəsəbəsindəki qəbirstanlığın yanından tapıb.O zaman cinayət işinin istintaqı niyə Yevlaxda yox, Naftalnda aparılıb?

-Yevlax Rayon Polis Şöbəsi 200670003 saylı cinayət işinin istintaqını aparmaqdan niyə imtina edib?

-Cinayət işinin istintaqının müddəti 14 sentyabr 2020-ci ildə başa çatdığı halda, niyə Naftalan Şəhər Məhkəməsi  indiyə kimi təqsirləndirilən şəxsin barəsində hökm çıxarmayıb? 

-Cinayət işinin,eyni zamanda istintaqın əsas simalarından olan və hazırda Balakən rayon Polis şöbəsinə əməliyyat üzrə rəis müavini işləyən Gündüz Məcidovun bir dəfə də olsun məhkəməyə gəlməməsinin səbəbi nədir?

Şikayətçi Xuraman Bayramovanın və təqsirləndirilən şəxsin vəkili Namiq Mustafayevin sözlərinə görə, bütün bunlar onu göstərir ki, Ruhin Bayramovun həbsi şifarişlə həyata keçirilib və barəsində açılmış cinayət işi qondarma ittihamlar əsasında tərtib olunub. Elan edilmiş ittihamdakı “faktlar” öz təsdiqini tapmadığından cinayət işində yer alan hallar sübuta yetirilməyib. Amma bütün bunlara baxmayaraq Naftalan Şəhər Məhkəməsinin 1 ildir qərar çıxarmaması da bir sıra suallar və şübhələr doğurur.

Maraqlıdır ki, işində yol verdiyi qanun pozuntusuna və nöqsana görə aşağı vəzifəyə keçirilən Gündüz Məcidov gözəgörünməz himayədarlarının dəstəyi ilə 2021-ci ilin aprel ayında Balakən rayon Polis şöbəsinə əməliyyat üzrə rəis müavini təyin olunub.

Qeyd edək ki, təqsirləndirilən Bayramov Ruhin Baloğlan oğlunun növbəti məhkəmə prosesi iyulun 14-də Naftalan Şəhər Məhkəməsində keçiriləcək. Proses Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Zaur Hümbətov tərəfindən aparılacaq. Bu günə kimi oğluna yönəlik qərəzli addımlardan və prosesual pozuntulardan ciddi narahatlıq keçirən Xuraman Bayramovanın məhkəmənin ədalətli qərar çıxaracağına inanmı azdır. Ona görə də o, Prezident İlham Əliyevə və yuxarı instansiyalara müraciət etmək məcburiyyətində qalıb.

Kanal32.az şikayətçi Xuraman Bayramovanın ölkə başçısına və hüquq-mühafizə orqanlarının yuxarı rəhbərlərinə ünvanladığı videomüraciəti təqdim edir:

Redaksiya olaraq bildirək ki, Cinayət – Prosessual Məcəlləsində göstərilir ki, qətimkan tədbiri cinayət işi üzrə icraatda şübhəli və ya təqsirlənrdirlən şəxsin qanuna zidd davranışının qarşısını almaq, hökmün icrasını təmin etmək məqsədilə bu Məcəllənin 155.1-ci maddəsində nəzərdə tutulmuş hallarda onların barəsində seçilən prosessual məcburiyyət tədbiridir.

Qətimkan tədbirnin seçilməsi barədə qərarda şübhəli və ya təqsirlədnirlən şəxsin törətdiyi cinayət və ilkin sübutlara istinad edilməklə qətimkan tədbirnin seçilməsi zəruriliyinin əsasları göstərilməlidir.

Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq şəxsin cinayət qanunu ilə nəzərdə tutlmuş əməlin törədilməsində aidiyyatı sübut olunmadıqda, o, həbs oluna və ya zərurət olmadıqda həbsdə saxlanıla bilməz.”

Həbs qətimkan tədbiri barədə Ali Məhkəmənin və eləcədə Konstitutsiya Məhkəməsinin Plenumunun qərarları da mövcuddur. Həmin qərarlarda məhkəmlər üçün mühüm göstərişlər və tövsiyələr verilmişdir.

Təqsirləndirlən şəxslər barəsində həbs qətimkan tədbirnin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmlər tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2009-cu il tarixli Qərarında göstərilir ki, məhkəmələr həbs qətimkan tədbiri seçərkən yalnız CPM-nin 155-ci maddəsində göstərilən prosessual əsasları formal sadalamqla kifayətlənməməli, hər bir əsasın konkret təqsirləndirlən şəxsə münasibətdə mövcudluğunun nədən ibarət olmasını və cinayət işinin materialları ilə onların təsdiq edilib-edilməməsini yoxlamalıdırlar. Bu zaman təqsiləndirlən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəsizlik dərəcəsi, onun şəxsiyyətini səciyyələndirən məlumatlar, o cümlədən yaşı, ailə vəziyyəti, məşğülluq növü, sağlamlığı və bu kimi digər halar nəzərə alınmalıdır.

Məhkəmələr bilməlidir ki, həbs qətimkan tədbirinin seçilməsi haqqında təqdimata baxarkən onlar ilk növbədə Azərbaycan Respublikası CPM-nin 154-cü maddəsində nəzərədə tutlmuş digər qətimkan tədbirnin seçilməsinin mümkünlüyünu yoxlamalı, təqdimat təmin edildikdə isə həbslə əlaqədar olmayan qətimkan tədbirnin seçilməsinin qeyri-mümkün olmasını əsaslandırmalıdırlar.

Konstitutsiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh olunmasına dair 09 iyul 2010-cu il tarixli qərarında da göstərilir ki, hər kəsin azadlıq hüququ və şəxsi toxunulmazlıq hüququ insan hüquq və azadlıqlarına həsr olunmuş beyəlxalq aktlarda, o cümlədən, İnsan hüquqları üzrə Ümumi Bəyannəminin 3-cü maddəsində, Mülki və siyası hüquqlar haqqında Beynəlxalq Paktın 9-cu maddəsində, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 5-ci maddəsində də təsbit olunmuşdur.

Hər kəsin bu hüququnun müdafiəsi təmin edilməlidir. Bu onu nəzərdə tutur ki, Konvensiyaının 5-ci maddəsinin 1-ci bəndində göstərilmiş şərtlər istisna olunmaqla, heç kəsin azadlığı məhdudlaşdırlmamalı və ya məhdudlaşdırılması davam etdirilməməlidir. Azadlıq hüququndan Konvensiyanın 5-ci maddəsinin 1-bəndi ilə təmin olunmuş istisna siyahısı məhdud xarakterlidir və bu istisnaların yalnız dar təfsiri sözügedən müddəanın məqsədinə uyğundur.

Beləliklə, mövcud olan hüquqi baza həbs qətimkan tədbiri barəsində məsələnin bütün cəhətlərini tənzimləyir. Qanunvericiliyin məzmunundan da görünür ki, həbs qətimkan tədbiri müstəsna prosessual məcburiyyət tədbiridir və bunun zəruriliyi məhkəmənin qərarında əsalandırlmalıdır. Qanunvericiliyin tələbi belədir.

Redaksiya olaraq bildiririk ki, yazıda adıçəkilən şəxslərin, xüsusən də Balakən rayon Polis şöbəsinin əməliyyat üzrə rəis müavini Gündüz Məcidovun mövqeyini dərc etməyə hazırıq.

Kanal32.az

 

Your email address will not be published.